06 Oktyabr 2016 03:10
646
Tədbirlər
A- A+

Yeni park Bakının simasını daha da gözəlləşdirir

 

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni “Qızılgül bağı” parkında yaradılan şəraitlə tanış olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 6-da Bakının Nəsimi rayonunda yeni salınan “Qızılgül bağı” parkında yaradılan şəraitlə tanış oldular.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlətimizin başçısına və xanımına yeni salınan parkda görülən işlər barədə məlumat verdi.

Yeni park “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin uzun müddət istifadə olumayan Radio Mərkəzinin 1906-cı ildə inşa edilən binasının ərazisində salınıb. Ümumi sahəsi 6300 kvadratmetr olan istirahət parkı dünyanın məşhur şirkətinin dizaynı əsasında layihələndirilib. Təmir işləri yüksək keyfiyyətlə, müasir tələblər səviyyəsində və qısa vaxtda həyata keçirilib. Əvvəllər Radio Mərkəzinin binası kimi fəaliyyət göstərən tikili də yenidən qurulub. İndi bura kafe kimi fəaliyyət göstərəcək. Təmir zamanı qədim binanın tarixi element və fiqurları yüksək keyfiyyətlə bərpa edilib. Bu isə binanın xarici görünüşünün qorunub saxlanılmasına, eyni zamanda, müasir memarlıqla uzlaşdırılmasına geniş imkanlar yaradıb. İstirahət məkanı orijinal elementlər və formalarla daha da zənginləşdirilib, bu da parka xüsusi yaraşıq verir.

Yeni salınan parkda Bakı sakinlərinin, şəhərin qonaqlarının mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait var. Park yaradılarkən balacalar da yaddan çıxmayıb. Onlar üçün xüsusi istirahət guşəsi, müxtəlif attraksionlar qurulub. Bu istirahət məkanında yaradılan meydança və fəvvarə ərazinin gözəlliyini daha da artırır.

Parkda aparılan abadlıq-quruculuq işləri çərçivəsində həyata keçirilən geniş yaşıllaşdırma işləri də diqqəti cəlb edir. Bu işlər görülərkən ərazidə mövcud olan çoxillik ağaclar saxlanılıb. Bundan başqa, parkda 200-dən çox müxtəlif növ yeni ağaclar, gül və bəzək kolları əkilib.

Bu cür yeni müasir istirahət ocağının yaradılması Prezident İlham Əliyevin tapşırığı ilə Bakıda parkların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması işinə bir töhfədir. Bu cür layihənin həyata keçirilməsi həm də ümumilikdə paytaxtımızın simasının gündən-günə gözəlləşməsini bütün dünyaya nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video