Alternative content

22:28 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 366
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 366
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:10 02.10.2016

 

№ 366                                    Bakı şəhəri, 23 sentyabr 2016-cı il

 

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Gəncə Nəqliyyat”  Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.8-ci bəndinə əsasən  Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti  yaradılsın.

2. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin ştat sayı 20 (iyirmi) vahid müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində “Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etsinlər.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri