02 Oktyabr 2016 12:10
768
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 368

№ 368                                    Bakı şəhəri, 23 sentyabr 2016-cı il

“Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı Qaydası”nın təsdiq edilməsi barədə

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı Qaydası” təsdiq edilsin (əlavə olunur).

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 23 sentyabr tarixli 368 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı

QAYDASI

1. Ümumi müddəalar

  1.1. Bu Qayda "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafıya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı ilə bağlı münasibətləri tənzimləyir.

  1.2. Mədəniyyət məhsullarının istehsalını və mədəniyyət xidmətlərinin göstərilməsini mədəniyyət təşkilatları həyata keçirir.

  1.3. Azərbaycan Respublikasında mədəniyyət sahəsində müəlliflik hüququ və əlaqəli hüquqların həyata keçirilməsi və qorunması “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının  qanunları ilə tənzimlənir.

  1.4. Milli mədəni irsə aid, o cümlədən muzey, arxeologiya, etnoqrafıya, kitabxana, kino fondlarına və ya arxivlərinə məxsus mədəni sərvətlərin hüquqi və fıziki şəxslər tərəfındən kommersiya və qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi ictimai varidata aid olan nümunələrin istisna olunması şərtilə və həmin sərvətlərin hüquq sahiblərinin (müəlliflərinin və ya əsərə müəlliflik  hüququnun digər sahiblərinin) müəlliflik hüquqlarının qorunması təmin olunmaqla, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin (bundan sonra - Nazirlik), "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafıya qoruqları ərazilərində - Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (bundan sonra - İdarə) razılığı ilə həyata keçirilir.  Azərbaycan Respublikasının ərazisində folklor nümunələrindən istifadə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada aparılır, Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərin fiziki və hüquqi şəxsləri tərəfindən Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin razılığı ilə həyata keçirilir.

2. Qaydanın tətbiq edilməsi

2.1. Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafıya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalını aşağıdakı şəxslər həyata keçirirlər:

2.1.1. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki və hüquqi şəxslər;

2.1.2. mədəniyyət müəssisələri və təşkilatları, o cümlədən mədəniyyət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları.

2.2. Bu Qayda milli mədəni irsə aid, o cümlədən muzey, arxeologiya, etnoqrafıya, kitabxana, kino fondlarına və ya arxivlərinə məxsus mədəni sərvətlərin fıziki şəxslər tərəfındən qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsinə şamil olunmur.

2.3. Digər dövlətlərin hüquqi və fıziki şəxsləri tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadə edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 20 oktyabr tarixli 172 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin hüquqi və fıziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə icazə verilməsi Qaydaları”na uyğun həyata keçirilir.

3. Razılığın alınması

  3.1. Bu Qaydanın 1.4-cü bəndində göstərilən məqsədlər üçün şəxslər Nazirliyə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafıya qoruqları ərazilərində isə İdarəyə ərizə ilə müraciət etməlidirlər. Ərizədə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlarla yanaşı, aşağıdakılar da göstərilir:

  3.1.1.üzü köçürülən, çoxaldılan, suvenirlərin və çap məhsullarının istehsalında əsas olan mədəni sərvətlərin adı;

  3.1.2.mədəni sərvətlərin istifadəsinin forması (üzünün köçürülməsi, çoxaldılması, suvenirlərin və çap məhsullarının istehsalı);

  3.1.3.istifadənin məqsədi (kommersiya və ya qeyri-kommersiya) və müddəti.

  3.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 

  3.2.1. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin surəti;

  3.2.2. ərizəçi qeyri-kommersiya hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxs olduqda-vergi ödəyicisinineyniləşdirmə nömrəsinin (VÖEN-in) surəti;

3.2.3. hüquq sahiblərinə (müəlliflərə və ya əsərə müəlliflik  hüququnun digər sahiblərinə) məxsus mədəni sərvətlərin istifadəsinə dair onların razılığı barədə  sənəd.  

3.3. Bu Qaydanın 3.1-ci bəndində göstərilən razılığın alınması ilə bağlı icraat "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.

   3.4. Nazirliyin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə İdarənin razılığı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 58-ci və 59-cu maddələrinə uyğun olaraq inzibati akt formasında rəsmiləşdirilir.   3.5."Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsinin tələblərinin pozulması halları aşkar olunduqda, razılığın verilməsindən imtina edilir və ya verilmiş razılıq ləğv edilir.

  3.6. Razılığın verilməsindən imtina edildikdə və ya verilmiş razılıq ləğv edildikdə, inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir.

  3.7. Bu Qaydanın 3.5-ci bəndinə əsasən qəbul edilmiş inzibati aktdan şikayət inzibati qaydada və məhkəmə qaydasında verilə bilər.

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı  il 23 sentyabr

tarixli 368 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video