Alternative content

10:15 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 372
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 372
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:10 02.10.2016

 

№ 372                                                Bakı şəhəri, 27 sentyabr 2016-cı il

 

“Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

“Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 962 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 9, maddə 556; 2005, № 1, maddə 49, № 6, maddələr 540, 555, 558; 2006, № 4, maddə 370; 2012, № 5, maddə 474; 2014, № 11, maddə 1508; 2015, №7, maddə 876; 2015, №10, maddə 1223) ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr"in 9-cu hissəsinin a) yarımbəndində “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna" sözləri “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fonduna" sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri