Alternative content

04:09 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 373
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 373
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:10 02.10.2016

 

№ 373                                    Bakı şəhəri, 27 sentyabr 2016-cı il

 

“Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”, “Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları”nın və “Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 962 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №2, maddə 119; 2002, № 7, maddə 451, № 11, maddə 675; 2003, № 4, maddə 215; 2004, № 9, maddə 745; 2005, № 1, maddə 49, № 7, maddə 667; 2008, № 9, maddə 856; 2011,   № 9, maddə 865) ilə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”nin 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. a) yarımbəndinə “haqqında” sözündən sonra “(balıqçılıq istisna olmaqla)” sözləri əlavə edilsin.

2. c) yarımbəndindən “və balıqçılıq” sözləri çıxarılsın.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri