Alternative content

15:34 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə Uruqvay arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanlar var
Azərbaycan ilə Uruqvay arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanlar var
ANA SƏHİFƏ / Qəbullar
03:09 28.09.2016

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Uruqvay Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı V Bakı Beynəlxalq Humanitar Forumunda Uruqvay Respublikasının yüksək səviyyədə təmsil olunmasının önəmini vurğuladı. Prezident İlham Əliyev forumda müzakirə ediləcək məsələlərin bütün ölkələr üçün əhəmiyyətli olacağını qeyd etdi. Dövlət başçısı Azərbaycanda millətlər və dinlər arası dialoqun inkişaf etdirilməsi üçün çox böyük işlərin görüldüyünü dedi. Ölkələrimiz arasında ikitərəfli əlaqələrə toxunan Prezident İlham Əliyev münasibətlərimizin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. Azərbaycan ilə Uruqvayın o qədər də yaxın olmayan bölgələrdə yerləşməsinə baxmayaraq əməkdaşlığımızın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi. Dövlət başçısı, eyni zamanda, səfərin Uruqvay nümayəndə heyətinin ölkəmizlə yaxından tanış olması üçün də yaxşı fürsət yaradacağına əminliyini söylədi.

Uruqvay Respublikası Parlamentinin Nümayəndələr Palatasının Sədri Xerardo Amarilya Uruqvay Prezidenti Tabare Vaskesin salamlarını dövlət başçısına çatdırdı. O, V Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilinin əhəmiyyətini vurğuladı. Xerardo Amarilya ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyini dedi. Uruqvaylı qonaq ölkəsinin növbəti aylarda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlayacağını da diqqətə çatdırdı.

Dövlət başçısı Uruqvay Respublikasının Prezidenti Tabare Vaskesin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Uruqvay dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Sonda xatirə şəkli çəkdirildi.