Alternative content

12:04 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Afrika İttifaqı Azərbaycan ilə əməkdaşlıq əlaqələrinə xüsusi önəm verir
Afrika İttifaqı Azərbaycan ilə əməkdaşlıq əlaqələrinə xüsusi önəm verir
ANA SƏHİFƏ / Qəbullar
02:09 28.09.2016

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan dövlət başçısı ilk dəfədir Afrika İttifaqından olan nümayəndələrin Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahinin Azərbaycana ilk səfərinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev səfərin həmçinin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını vurğuladı.

Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahi Azərbaycan ilə əməkdaşlıq əlaqələrinə toxunaraq, təmsil etdiyi qurumun bu əlaqələrə xüsusi önəm verdiyini dedi. Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edən qonaq Bakının çox gözəl şəhər olduğunu söylədi. Səfərindən öncə ölkəmizin tarixi ilə maraqlandığını deyən Aişə Abdullahi müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın bütün sahələrdə, o cümlədən davamlı inkişaf, düzgün idarəçilik, sülhün təmin olunması kimi məsələlər baxımından müasir və nümunəvi bir ölkəyə çevrildiyini qeyd etdi. Aişə Abdullahi bu sahələrdə də Afrika İttifaqı ilə qarşılıqlı əməkdaşlığın faydalı ola biləcəyini vurğuladı.