Alternative content

05:47 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan dini tolerantlıq baxımından dünyada nümunəvi ölkədir
Azərbaycan dini tolerantlıq baxımından dünyada nümunəvi ölkədir
ANA SƏHİFƏ / Qəbullar
11:09 28.09.2016

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuperi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper Azərbaycana bir neçə səfər etdiyini, hər dəfə ölkəmizdə dini dözümlülüyün şahidi olduğunu məmnunluqla qeyd etdi. O bildirdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycanın dini tolerantlıq baxımından dünyada nümunəvi ölkə olduğunu vurğulayan ravvin Abraham Kuper ölkəmizdə V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində UNESCO və Simon Vizental Mərkəzinin birgə sərgisinin təşkilinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.

Prezident İlham Əliyev sərginin əhəmiyyətini vurğulayaraq, dünya mediasında əsasən mənfi halların yer aldığı bir zamanda dini tolerantlıq, multikulturalizm kimi müsbət dəyərləri diqqət mərkəzinə gətirməyin vacibliyini qeyd etdi. Dövlətimizin başçısı dünyada müharibə və münaqişələrin, etnik və dini gərginliklərin getdikcə artdığı bir dövrdə ölkəmizin əmin-amanlıq şəraitində uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu qeyd edərək bunun dövlət siyasəti olmasının əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanda multikulturalizm siyasətinin sosial sifarişə əsaslandığını diqqətə çatdırdı.

Prezident İlham Əliyev ölkəmizdə mədəniyyətlərarası sülh və dostluğun mövcud olduğunu məmnunluqla qeyd edərək müxtəlif dinlərin və xalqların nümayəndələrinin əmin-amanlıq şəraitində yaşadığını dedi.

Görüşdə V Bakı Humanitar Forumunun beynəlxalq əməkdaşlığa verdiyi töhfənin önəmi qeyd olundu.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM