Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

18:52 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev AŞPA-nın Referendumu Dəyərləndirmə Missiyasını qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev AŞPA-nın Referendumu Dəyərləndirmə Missiyasını qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
10:09 25.09.2016

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Aleksandr Nikoloskinin rəhbərlik etdiyi və AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın daxil olduqları Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasını qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı sentyabrın 26-da Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçiriləcək referendumla bağlı Azərbaycan hökumətinin maksimum şəffaflığın təmin edilməsi üçün işlər gördüyünü bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan xalqı azad şəkildə öz iradəsini ifadə edəcək və bunun üçün bütün tədbirlər görülüb. Dövlətimizin başçısı Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasının ölkəmizə böyük nümayəndə heyəti ilə səfər etməsinin əhəmiyyətini vurğulayaraq Azərbaycanın Avropa Şurasının çox fəal üzvü olduğunu, 15 ildən artıq müddətdə bu təşkilatla tarixi əməkdaşlıq həyata keçirdiyini məmnunluqla qeyd etdi. Azərbaycan Prezidenti bildirdi ki, bu illər ölkəmiz üçün inkişaf, müasirlik və transformasiya baxımından əhəmiyyətli illər olub. Prezident İlham Əliyev ölkəmizin Avropa təsisatları ilə müxtəlif formatlarda sıx əməkdaşlıq etdiyini vurğuladı.

Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasının rəhbəri Aleksandr Nikoloski başçılıq etdiyi nümayəndə heyətinə müxtəlif siyasi qrupların daxil olduğunu dedi. Aleksandr Nikoloski referendumu müşahidə etmələri üçün yaradılan şəraitə görə Azərbaycan rəhbərliyinə, Azərbaycan parlamentinə minnətdarlığını bildirdi. O, referendumun keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını dedi və qeyd etdi ki, Azərbaycan Avropa Şurası üçün çox önəmli ölkədir.

Görüşdə Azərbaycanla Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.

 

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM