25 Sentyabr 2016 12:09
780
Oxucu məktubları
A- A+

Övlad bizim, şəhidsə bu millətin, bu Vətənindir

 

Hörmətli redaksiya!

Aprelin əvvəllərində erməni təxribatının qarşısını alarkən mənim oğlum Mühid Orucov və onunla birlikdə Qazax rayonundan olan daha iki nəfər - baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyev də qəhrəmancasına şəhid oldular. Mühid kəşfiyyatçı idi, mayor rütbəsinə qədər yüksəlmişdi...

Övlad itkisi çox ağırdır. Amma bu dərdə dövlət, millət şərik çıxanda, elliklə həyan duranda ağrının üzərinə bir də qürür hissi gəlir. Deməli, övladlarımız hədər şəhid olmayıb: düşmənə sarsıdıcı zərbə endirilməklə yanaşı, milli özümüzə güvənimiz, inamımız qaytarılıb. Biz illərdir həsrətində qaldığımız qələbəni nəhayət, daddıq və artıq əminik ki, Azərbaycan Ordusu, igid oğullarımız mənfur düşməni darmadağın etmək qüdrətinə malikdir. Respublikamızın ərazi bütövlüyünün təmin olunacağı gün uzaqda deyil.

Nahaq yerə deməyiblər: dərdi bölərsən, azalar, sevinci paylaşarsan, artar. İlk anlardan bu günə kimi dövlətimiz və xalqımız yanımızdadır. Mənəvi qayğı ilə əhatələnmişik.   Övladlarımız böyük təntənə, elliklə dəfn olunandan sonra məzarların  üstü mərmərlə götürülüb, ətrafları abadlaşdırılıb.  Gəlib-gedən, şəhidləri və ailələrini yad edən çoxdur. Sağ olsunlar, hamıdan çox razıyıq. Bu günlərdə bizə xəbər verdilər ki,  Qazax Rayon İcra Hakimiyyəti hər üç şəhidin adını əbədiləşdirmək və gələcək nəsillərə nümunə göstərmək üçün bulaq kompleksləri inşa etdirir. Övlad bizim, şəhidsə bu millətin, bu Vətənidir. Övladlarımızın ruhuna göstərilən bu həssaslığa  görə minnətdarlığımızı bildiririk və bir daha söyləyirik: təki Vətən yaşasın!

 

Qurban ORUCOV,

şəhid atası 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video