Alternative content

10:36 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qədim rəqslərə yeni həyat verilir
Qədim rəqslərə yeni həyat verilir
ANA SƏHİFƏ / Oxucu məktubları
12:09 25.09.2016

 

Azsaylı xalqların özfəaliyyət kollektivlərinin ölkəmizdə keçirilən festivalları, baxış-müsabiqələri həmişə maraqla qarşılanır və təqdir olunur. Elə bunun nəticəsidir ki, Lerikin mədəniyyət işçiləri də xalq incəsənətinin öyrənilməsi məqsədilə axtarışlar aparır, unudulan mahnı və rəqslərə yeni nəfəs verirlər.

Monidigah kənd mədəniyyət evinin kollektivi vaxtilə kəndlərdə geniş yayılmış, lakin unudulmuş rəqsləri tanıtmaq məqsədilə “Lakto” (musiqi alətinin adıdır) qrupu yaradıb. Bu rəqs qrupu respublika tədbirlərində də uğurla çıxış edir. Qrup mükafatlar da qazanıb. Noda, Cəngəmiran, Vizəzəmin, Çayrud kəndlərindəki mədəniyyət evlərinin, klubların özfəaliyyət kollektivlərinin repertuarına talış mahnı və rəqsləri daxildir.

Rayon mədəniyyət mərkəzindəki “Rəfti” rəqs qrupunun isə artıq altı yaşı  tamam olub. Bu qrup talış rəqsi “Rəfti” əsasında yaradılıb. Qrupun 12 nəfər uzunömürlü üzvü var. Repertuardakı rəqslər yalnız kişilərə məxsusdur. Rəqs qrupu bir necə dəfə paytaxt tamaşaçıları qarşısında, dövlət tədbirlərində öz məharətini göstərib.

“Rəfti”nin yaradıcılarından biri, respublikanın əməkdar mədəniyyət işçisi, 80 yaşlı  Abidin Əliyev deyir ki, bu rəqslərin ən azı beş-altı əsrlik tarixi var. Rəqslər Novruz bayramlarında, toy şənliklərində ifa olunur. Rəqs qrupu üçün rəngli corabları, keçı qəzilindən sicimləri, cürcənəkləri ağbirçək nənələr toxuyublar. Çomaqlar, göndən hazırlanmış qırmaclar, qoyun dərisindən düzəldilmiş papaqlar isə ağsaqqalların əl işləridir.

Rəqs qrupunu bu günlər turizm istirahət mərkəzlərində, yaylaqlarda, çobanların yanında, dağ kəndlərində görmək olur. Onların çıxışları turistləri də razı salır, yerli camaatı da.

 

Həmzə VƏLİMƏMMƏDOV,

Lerik rayon sakini