Alternative content

01:14 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mədəniyyət kitaba sevgidən başlayır...
Mədəniyyət kitaba sevgidən başlayır...
ANA SƏHİFƏ / Oxucu məktubları
12:09 25.09.2016

 

Nəinki doğulduğu Həsənli kəndində, bütün Masallı rayonunda uşaqdan böyüyə hamı onu sadə və müdrik, eyni zamanda, xeyirxah, nüfuzlu el ağsaqqalı kimi tanıyır. Adil Heydərovun əmək fəaliyyəti çox zəngindir. Taleyi enişli-yoxuşlu yollardan, çətinliklərdən keçib, amma o, heç vaxt ideallarından əl çəkməyib.

Zəhmətkeş kəndli-kolxozçu ailəsində, çoxuşaqlı evdə dünyaya göz açan Adil həyatın çətinlikləri, maddi durumun ağırlığı altında böyüyüb boy atsa da, bunlar onun təhsilə, elmə, kitaba marağını azaltmayıb. Doğru deyiblər: niyyətin hara, mənzilin də ora. O da həqiqətdir ki, sənətin böyüyü, kiçiyi yoxdur, sənətkarın pisi, yaxşısı var. Bunları Adil Heydərovun həyat və fəaliyyətinin timsalında çox aydın görmək mümkündür. Əvvəlcə mədəni-maarif texnikumunu bitirib. 20 yaşında hərbi xidmətə yollanıb və 23 yaşında əsgərliyini başa vurub. Elə o vaxtdan, 1968-ci ildən mədəniyyət sahəsində işləməyə başlayıb. Doğma Həsənli kəndində çalışıb. Kitabların, xüsusən zəngin bədii ədəbiyyatın təbliğinə, oxucu mədəniyyətinin inkişaf etdirilməsinə, kənddə oxucu fəallığının artırılmasına böyük önəm verib.  1987-1993-cü illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində qiyabi təhsil alıb. Ali təhsilli mütəxəssis kimi fəaliyyətini bir qədər də genişləndirib. Fəaliyyət devizi də belə olub: mədəniyyət kitaba sevgidən başlayır...

Peşəkarlığı, çalışqanlığı diqqətdən qaçmayıb. Əməyi rayon rəhbərliyi tərəfindən qiymətləndirilib, el içində hörməti və nüfuzu artıb. Rayonda maddi-mədəniyyət abidələrinin siyahıya alınması və qorunmasının vacibliyini bilən Adil müəllim əvvəlcə həmin qədim abidələrin foto-albomunu hazırlayıb. Bu işi elmi tədqiqatları ilə daha da zənginləşdirib. O, tez-tez rayonda nəşr olunan “Çağırış” qəzetində, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Mədəni həyat” jurnalında çıxış  edir, öz peşəsinin sirlərini həmkarları ilə bölüşür.

Bu günlərdə Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə A.Heydərovun 70 illik yubileyi təntənə ilə qeyd edilib.

 

Əlihüseyn ŞÜKÜROV,

Masallı rayon sakini