Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

22:47 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Min gözəlliyin içində bir qüsur gözə tez çarpır...
Min gözəlliyin içində bir qüsur gözə tez çarpır...
ANA SƏHİFƏ / Oxucu məktubları
12:09 25.09.2016

 

Şəkini nə tanıtmağa, nə də vəsf etməyə ehtiyac var. Dillər əzbəri olan bu diyarımız qədim tikililəri, məkanları ilə canlı tarix muzeyi, füsunkar təbiəti ilə istirahət zonasıdır. Şəki ərazisində ilin istənilən fəslində, günündə dünyanın müxtəlif ölkələrindən gələn turistlərlə rastlaşmaq mümkündür. Ölkə əhalisi də məmnuniyyətlə bu qədim Oğuz yurduna səyahət edir, istirahətini mənalı keçirməyə çalışır. Hər kəs də buradan ruh yüksəkliyi, zəngin təəssürat və yeni bilgilərlə qayıdır.

Şübhəsiz, min gözəlliyin içində xırda da olsa, bir qüsur gözə tez çarpır. Sonuncu dəfə Şəkidə olarkən məhz belə xırda detallar diqqətimizi çəkdi. Şəki ərazisinə girəcəkdə məlumat nişanı funksiyasını daşıyan sadə kompozisiyalı, milli ornamentli  daş tikilinin üzərinə həkk edilmiş “Şəki”dən “Ə” hərfi qopmuş və ya silinmişdi. Bu, təzəlikcə olub, yaxud çoxdan - deyə bilmərik. Amma maraqlıdır, bunu əlaqədar təşkilatların əməkdaşları görmürlər? Hər halda, xırda olsa belə, Şəkinin qonaqlarını belə “salamlaması” məqbul sayıla bilməz.

Şəkinin əsas küçələrindən biri - bazar və ticarət zonasından keçən şəhərlərarası yolda da nizam-intizam yaradılsa, həm təhlükəsizlik təmin olunar, həm də kənardan müşahidə edəndə acı təəssürat yaratmaz: kim harada gəldi, necə gəldi maşın saxlayır, mal daşıyır, yol keçir, beləcə, hərəkət məhdudlaşır, çətinləşir.

Ümidvarıq ki, bu və digər qüsurlar tezliklə aradan qaldırılacaq.

 

Hafiz ELDAROĞLU,

Bakı şəhər sakini


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM