Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

14:58 17 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
14:33 17.12.2018 Qış havası olacaq...
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Göygölə aparan yol bərbad olmamalıdır
Göygölə aparan yol bərbad olmamalıdır
ANA SƏHİFƏ / Oxucu məktubları
12:09 25.09.2016

 

Adına çox sayda şeirlər yazılmış, nəğmələr qoşulmuş dağlar gözəli Göygöllə bağlı gileyimi vasitənizlə əlaqədar təşkilatların nəzərinə çatdırmaq istəyirəm. Bu yaxınlarda ailəliklə Göygölə səfər etdik. Yayın istisində sərin havadan, soyuq bulaq suyundan, Göygölün göz oxşayan gözəlliyindən, bir sözlə, təbiətin füsunkarlığından doyunca zövq aldıq. Ətrafda yerli və əcnəbi qonaqlar da çox idi. Təəccüblənmədik. Bütün zamanlarda xarici turistlər Göygölə böyük maraq göstəriblər.

Təəssüflə qeyd etməliyəm ki, qonaqların əksəriyyəti Toğanadan Göygölə qalxan 7 kilometrlik yolun bərbad vəziyyətdə olmasından narazılıqlarını gizlətmirdilər. Onlar buna həm də təəccüblənirdilər: anlaya bilmirdilər ki, necə ola bilər, belə bir yerin yolu acınacaqlı vəziyyətdə qalıb və buna əncam çəkən yoxdur.

Hər gün bu yolu yüzlərlə avtomobil, turist qət  edir. Maraqlıdıdır ki, hər avtomobilə görə bir manat dayanacaq haqqı, milli parka daxil olmaq üçün isə hər nəfərdən iki manat bilet pulu alınır. Göygöldə bir köşkün icarə haqqı da 20 manatdır. Deməli, üst-üstə ay ərzində kifayət qədər böyük məbləğ yığılır. Xidmətin  bahalığı, yaxud ucuzluğu ilə də işimiz yoxdur. Necə deyərlər, halal xoşları.  Amma elə halalıq naminə yığılan vəsaitin bir hissəsini gəlir gətirən bu yolun təmirinə sərf etmək olmaz?  Doğrudur, deyə bilərlər ki, yol işinə onlar baxmırlar. Onda da sual doğur ki, bu toplanan vəsait hansı məqsədlə yığılır və hara xərclənir?

Əslində, məqsədimiz bu və ya digər suallara cavab axtarmaq deyil, bu yolun tezliklə abadlaşdırılmasına nail olmaqdır. Zənn edirik ki, buna cavabdeh məsul şəxslər tezliklə narazılıq törədən halı aradan qaldırıb yolu təmir edəcəklər.

 

Səbuhi  CƏFƏROV,

Bərdə şəhər sakini 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM