24 Sentyabr 2016 12:09
838
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 353

 

№ 353                          Bakı şəhəri, 20 sentyabr 2016-cı il

 

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 fevral tarixli 802 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, N6, maddə 576; 2008, N6, maddələr 584, 586; 2010, N6, maddə 566, N11, maddə 1039; 2013, N6, maddələr 741, 763; 2016, N3, maddə 577) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin qərarla təsdiq edilmiş “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” üzrə:
1.1. 1-ci hissə üzrə:
1.1.1. 1.1-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“1.1. Cəmiyyət həmin fərmana və “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanında dəyişikliklər edilməsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 952 nömrəli Fərmanına uyğun fəaliyyət göstərir.”;
1.1.2. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“1.3. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.”;
1.1.3. aşağıdakı məzmunda 1.3-1-ci bənd əlavə edilsin:
“1.3-1. Cəmiyyətin aparatı, idarə, nümayəndəlik və filialları, habelə törəmə cəmiyyətləri Cəmiyyətin strukturunu təşkil edir.”;
1.2. 5.2-ci və 5.3-cü bəndlər istisna olmaqla, mətn üzrə ismin müvafiq hallarında “tabeliyində olan idarə, müəssisə və təşkilatlar” sözləri ismin müvafiq hallarında “idarə, nümayəndəlik və filiallar, habelə törəmə cəmiyyətlər” sözləri ilə əvəz edilsin;
1.3. 3.2.7-ci, 3.3.19-cu yarımbəndlərdə və 3.3.15-ci yarımbəndin birinci cümləsində ismin müvafiq hallarında “tabeliyində olan təşkilatlar” sözləri ismin müvafiq hallarında “idarə, nümayəndəlik və filiallar, habelə törəmə cəmiyyətlər” sözləri ilə əvəz edilsin;
1.4. 5.2-ci və 5.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
“5.2. Cəmiyyət müvafiq qanunvericiliyə uyğun olaraq idarə, nümayəndəlik və filiallarını yarada və ləğv edə, törəmə cəmiyyətlərini yarada, yenidən təşkil və ləğv edə bilər.
5.3. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, habelə törəmə cəmiyyətlərinin rəhbərləri həmin idarə, nümayəndəlik və filialların, habelə törəmə cəmiyyətlərin məqsəd və funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”;
1.5. 6.4-1-ci bənddə “şöbə” sözü “nümayəndəlik, filial” sözləri ilə əvəz edilsin;
1.6. aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin:
“6-1. Cəmiyyətin ali idarəetmə orqanı
6-1.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.
6-1.2. Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanına uyğun olaraq həll edilir.”;
1.7. 7-ci hissə üzrə:
1.7.1. 7.6.1-ci yarımbənddə “tərkibində olan qurumların” sözləri “struktur bölmələrinin” sözləri ilə əvəz edilsin;
1.7.2. aşağıdakı məzmunda 7.6.2-1-7.6.2-5-ci yarımbəndlər əlavə edilsin:
“7.6.2-1. Cəmiyyətin Nizamnaməsində, strukturunda, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;
7.6.2-2. Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;
7.6.2-3. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq təkliflər verir;
7.6.2-4. Cəmiyyətin fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə idarə, nümayəndəlik və filialların yaradılması və ləğvi, törəmə cəmiyyətlərin yaradılması, yenidən təşkili və ləğvi barədə qərarlar qəbul edir və bu barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat verir;
7.6.2-5. Cəmiyyətin, onun idarə, nümayəndəlik və filiallarının, habelə törəmə cəmiyyətlərinin balansında olan əmlakın müstəqil qaydada (sistem daxilində) balansdan balansa, icarəyə və istifadəyə verilməsi, silinməsi (ləğvi) barədə qərarlar qəbul edir; “;
1.8. 8-ci hissə üzrə:
1.8.1. 8.1.3-cü yarımbənddən “idarə” sözü çıxarılsın;
1.8.2. 8.1.4-cü yarımbənddə “tabeliyində olan qurumların” sözləri “idarə, nümayəndəlik və filiallarının, habelə törəmə cəmiyyətlərinin” sözləri ilə əvəz edilsin;
1.8.3. 8.1.6-cı yarımbənddə “rəhbər işçilərini” sözləri “rəhbərlərini” sözü ilə əvəz edilsin;
1.8.4. 8.1.7-ci yarımbənddə “tabeliyində olan struktur vahidlərinin” sözləri “idarə, nümayəndəlik və filiallarının, habelə törəmə cəmiyyətlərinin” sözləri ilə əvəz edilsin;
1.8.5. 8.1.9-cu yarımbənd ləğv edilsin;
1.9. 9.1-ci bəndin ikinci cümləsində “şöbələrindən” sözü “struktur bölmələrindən” sözləri ilə əvəz edilsin;
1.10. 11-ci hissə üzrə:
1.10.1. 11.2-ci, 11.3-cü bəndlərdə, 11.3.3-cü, 11.3.4-cü, 11.3.5-ci və 11.3.6-cı yarımbəndlərdə ismin müvafiq hallarında “tərkibinə daxil olan idarə, müəssisə və təşkilatlar” sözləri ismin müvafiq hallarında “idarə, nümayəndəlik və filiallar, habelə törəmə cəmiyyətlər” sözləri ilə əvəz edilsin;
1.10.2. 11.3.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“11.3.1. mövcud normativ hüquqi aktlara uyğun olaraq, idarə, nümayəndəlik və filiallarının, habelə törəmə cəmiyyətlərinin balansında olan əmlakın müstəqil qaydada (sistem daxilində) balansdan balansa, hüquqi və fiziki şəxslərə icarəyə və istifadəyə verilməsinə, habelə balansda əks olunmuş fondların silinməsinə (ləğvinə) müəyyən olunmuş qaydada razılıq vermək;”;
1.10.3. 11.3.2-ci yarımbənddə “tərkibinə daxil olan qurumların” sözləri “idarə, nümayəndəlik və filiallarının, habelə törəmə cəmiyyətlərinin” sözləri ilə əvəz edilsin;
1.11. 12-ci hissənin birinci cümləsi ikinci cümlə hesab edilsin və aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:
“Cəmiyyətin yenidən təşkili və ləğvi barədə qərarlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.”.
2. Həmin qərarla təsdiq edilmiş “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Strukturu” aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin
STRUKTURU

1. Cəmiyyətin aparatı.
2. Viləşçay su anbarı istismarı idarəsi.
3. Əyriçay su anbarı istismarı idarəsi.
4. Ağstafaçay hidroqovşağı istismarı idarəsi.
5. Bəhrəmtəpə hidroqovşağı istismarı idarəsi.
6. Mil-Muğan hidroqovşağı istismarı idarəsi.
7. Tərtərçay hidroqovşağı istismarı idarəsi.
8. Yuxarı Xanbulançay hidroqovşağı istismarı idarəsi.
9. Yuxarı Qarabağ kanalı istismarı idarəsi.
10. Yuxarı Şirvan kanalı istismarı idarəsi.
11. Samur-Abşeron kanalı istismarı idarəsi.
12. Cənub-Muğan kanalı istismarı idarəsi.
13. Şəmkirçay su anbarı və magistral kanalları istismarı idarəsi.
14. Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi.
15. Baş Şirvan kollektorunun istismarı idarəsi.
16. Aşağı Muğan meliorativ sistemlərinin istismarı idarəsi.
17. Baş Mil-Muğan kollektoru istismarı idarəsi.
18. Mərkəzi-Muğan kollektoru istismarı idarəsi.
19. Mil-Qarabağ və Aşağı Şirvan kollektorlarının istismarı idarəsi.
20. Sabirabad meliorasiya idarəsi.
21. Ucar meliorasiya idarəsi.
22. Ağcabədi meliorasiya idarəsi.
23. Beyləqan meliorasiya idarəsi.
24. Şirvan meşə meliorasiya idarəsi.
25. Mil-Muğan meşə meliorasiya idarəsi.
26. Qarabağ meşə meliorasiya idarəsi.
27. Ağdaş suvarma sistemləri idarəsi.
28. Ağcabədi suvarma sistemləri idarəsi.
29. Ağstafa suvarma sistemləri idarəsi.
30. Ağsu suvarma sistemləri idarəsi.
31. Astara suvarma sistemləri idarəsi.
32. Bərdə suvarma sistemləri idarəsi.
33. Beyləqan suvarma sistemləri idarəsi.
34. Balakən suvarma sistemləri idarəsi.
35. Qax suvarma sistemləri idarəsi.
36. Qəbələ suvarma sistemləri idarəsi.
37. Quba suvarma sistemləri idarəsi.
38. Qusar suvarma sistemləri idarəsi.
39. Qazax suvarma sistemləri idarəsi.
40. Qubadlı suvarma sistemləri idarəsi.
41. Şabran suvarma sistemləri idarəsi.
42. Zaqatala suvarma sistemləri idarəsi.
43. Zəngilan suvarma sistemləri idarəsi.
44. İmişli suvarma sistemləri idarəsi.
45. İsmayıllı suvarma sistemləri idarəsi.
46. Yevlax suvarma sistemləri idarəsi.
47. Kəlbəcər suvarma sistemləri idarəsi.
48. Kürdəmir suvarma sistemləri idarəsi.
49. Goranboy suvarma sistemləri idarəsi.
50. Göyçay suvarma sistemləri idarəsi.
51. Oğuz suvarma sistemləri idarəsi.
52. Saatlı suvarma sistemləri idarəsi.
53. Sabirabad suvarma sistemləri idarəsi.
54. Samux suvarma sistemləri idarəsi.
55. Siyəzən suvarma sistemləri idarəsi.
56. Tərtər suvarma sistemləri idarəsi.
57. Tovuz suvarma sistemləri idarəsi.
58. Ucar suvarma sistemləri idarəsi.
59. Füzuli suvarma sistemləri idarəsi.
60. Göygöl suvarma sistemləri idarəsi.
61. Xaçmaz suvarma sistemləri idarəsi.
62. Xızı suvarma sistemləri idarəsi.
63. Cəbrayıl suvarma sistemləri idarəsi.
64. Şəmkir suvarma sistemləri idarəsi.
65. Şəki suvarma sistemləri idarəsi.
66. Şamaxı suvarma sistemləri idarəsi.
67. Cəlilabad suvarma sistemləri idarəsi.
68. Abşeron suvarma sistemləri idarəsi.
69. Hacıqabul suvarma sistemləri idarəsi.
70. Biləsuvar suvarma sistemləri idarəsi.
71. Laçın suvarma sistemləri idarəsi.
72. Zərdab suvarma sistemləri idarəsi.
73. NeftçaIa suvarma sistemləri idarəsi.
74. Salyan suvarma sistemləri idarəsi.
75. Xocavənd suvarma sistemləri idarəsi.
76. Mollakənd mexaniki suvarma idarəsi.
77. Pirəzə mexaniki suvarma idarəsi.
78. Sabirabad mexaniki suvarma idarəsi.
79. Ağdam mexaniki suvarma idarəsi.
80. Ağcabədi subartezian quyularının istismarı idarəsi.
81. Beyləqan subartezian quyularının istismarı idarəsi.
82. Bərdə subartezian quyularının istismarı idarəsi.
83. Goranboy subartezian quyularının istismarı idarəsi.
84. Tərtər subartezian quyularının istismarı idarəsi.
85. Tovuz subartezian quyularının istismarı idarəsi.
86. Şəmkir subartezian quyularının istismarı idarəsi.
87. Şəki subartezian quyularının istismarı idarəsi.
88. Qobustan qış otlaqların su təminatı sistemləri istismarı idarəsi.
89. Ceyrançöl qış otlaqların su təminatı sistemləri istismarı idarəsi.
90. Bozdağ qış otlaqların su təminatı sistemləri istismarı idarəsi.
91. Acı-Nohur qış otlaqların su təminatı sistemləri istismarı idarəsi.
92. Mərkəzi-Muğan qış otlaqların su təminatı sistemləri istismarı idarəsi.
93. Pirsaat qış otlaqların su təminatı sistemləri istismarı idarəsi.
94. Şirvan qış otlaqların su təminatı sistemləri istismarı idarəsi.
95. Meliorasiya-irriqasiya obyektlərinin qeydiyyatı və suların istifadəsinə-mühafizəsinə nəzarət idarəsi.
96. Hidrogeoloji-meliorativ xidmət idarəsi.
97. Texnoloji-istehsaIat komplektləşdirmə idarəsi.
98. Azərbaycan Hidrotexnika və Meliorasiya Elm- İstehsalat Birliyi:
- Muğan meliorativ təcrübə stansiyası;
- Abşeron suvarmanın mexanikləşdirilməsi təcrübə stansiyası;
- Şirvan meliorativ təcrübə stansiyası.
99. Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu.
100. Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”.
101. Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti.
102. Azərbaycan Respublikasında suvarma- drenaj infrastrukturunun bərpası və tamamlanması layihəsinin həyata keçirilməsi üzrə İşçi Qrupu.
103. “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin həyata keçirilməsi üzrə İşçi Qrupu.
104. Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci layihənin həyata keçirilməsi üzrə İşçi Qrupu.
105. Meliorasiya-mexaniki təmir zavodu.
106. Bəhrəmtəpə dəmir-beton zavodu.
107. Sumqayıt sənaye kombinatı.
108. Bakı ixtisaslaşdırılmış elektrik avadanlıqlarının təmir-quraşdırma və sazlama idarəsi.
109. Gəncə ixtisaslaşdırılmış təmir-quraşdırma və sazlama idarəsi.
110. Ağdam melioservis idarəsi.
111. Ağcabədi melioservis idarəsi.
112. Bərdə melioservis idarəsi.
113. Beyləqan melioservis idarəsi.
114. Biləsuvar melioservis idarəsi.
115. Qazax melioservis idarəsi.
116. Zaqatala melioservis idarəsi.
117. Zərdab melioservis idarəsi.
118. İmişli melioservis idarəsi.
119. Yevlax melioservis idarəsi.
120. Kürdəmir melioservis idarəsi.
121. Göyçay melioservis idarəsi.
122. Lənkəran melioservis idarəsi.
123. Masallı melioservis idarəsi.
124. Neftçala melioservis idarəsi.
125. Saatlı melioservis idarəsi.
126. Sabirabad melioservis idarəsi.
127. Salyan melioservis idarəsi.
128. Ucar melioservis idarəsi.
129. Cəlilabad melioservis idarəsi.
130. Füzuli melioservis idarəsi.
131. Xaçmaz melioservis idarəsi.
132. Şəki melioservis idarəsi.
133. Subartezian quyularına servis xidməti idarəsi”.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video