Alternative content

21:41 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 356
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 356
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:09 24.09.2016

 

№ 356                                    Bakı şəhəri, 21 sentyabr 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda dəyişikliklər edilməsi barədə

 

“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, N8, maddə 861, N9, maddə 923, N10, maddə 1021, N12, maddə 1331; 2009, N1, maddələr 22, 32, N2, maddə 150, N4, maddələr 282, 293, N8, maddələr 674, 675, 680, N10, maddələr 846, 852, 856; 2010, N2, maddələr 146, 161, N11, maddə 1040; 2011, N1, maddə 54, N5, maddə 447, N9, maddə 855; 2012, N5, maddə 475, N8, maddə 817, N10, maddə 1028, N11, maddə 1204, N12, maddələr 1363, 1388; 2013, N1, maddə 73, N8, maddələr 1015, 1038, N10, maddə 1219; 2014, N1, maddə 69, N3, maddə 312, N6, maddə 736, N7, maddə 918, N10, maddə 1308; 2015, N2, maddə 227, N5, maddə 612, N6, maddə 799, N11, maddə 1413;  2016, N2 (II kitab), maddə 381, N 4, maddələr 781, 831, N5, maddə 955; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 iyul tarixli 262 nömrəli qərarı) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 11.2-ci bəndi aşağıdakı redaksiyada verilsin və aşağıdakı məzmunda 11.3-cü bənd əlavə edilsin:

 

11.2.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi

11.3.

Regional mədəniyyət və turizm idarələri

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

11.2.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi

11.3.

Regional mədəniyyət və turizm idarələri