Alternative content

10:56 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 350
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 350
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:09 22.09.2016

 

№ 350                                    Bakı şəhəri, 20 sentyabr 2016-cı il

 

“Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 iyun tarixli 934 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, N 2, maddə 222) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissəsində “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin” sözləri “Dövlət xidmətlərinin” sözləri ilə əvəz edilsin.

2. 2-ci hissəyə “orqanlarına” sözündən sonra “, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə, büdcə təşkilatlarına” sözləri əlavə edilsin.

3. Həmin qərarla təsdiq edilmiş “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması Qaydaları” üzrə:

3.1. adında və 1.1-ci bəndində “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin” sözləri “Dövlət xidmətlərinin” sözləri ilə əvəz edilsin;

3.2. 1.1-ci bənddə “dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin” sözləri “dövlət xidmətlərinin” sözləri ilə əvəz edilsin;

3.3. mətn üzrə ismin müvafiq hallarında “dövlət orqanları” sözləri ismin müvafiq hallarında “qurumlar” sözü ilə əvəz edilsin;

3.4. 1.2.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.2.2. xidməti həyata keçirən qurum - mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları;”;

3.5. mətn üzrə ismin müvafiq hallarında “dövlət orqanı” sözləri ismin müvafiq hallarında “qurum” sözü ilə əvəz edilsin;

3.6. 3.2.3-cü yarımbənddə “dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlər” sözləri  “dövlət xidmətləri” sözləri ilə əvəz edilsin;

3.7. 3.2.12-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2.13-cü və 3.2.14-cü yarımbəndlər əlavə edilsin:

“3.2.13. xidmətlərlə bağlı daxil olan müraciətlərin (təklif və şikayətlərin) aidiyyəti üzrə müraciətə baxan qurumlara göndərilməsinin və onlar tərəfindən cavablandırılmasının Elektron Reyestr vasitəsilə təşkil edilməsi;

3.2.14. xidmətlərin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi, habelə qiymətləndirilmə zamanı bilavasitə yerində baxışın və rəy sorğularının keçirilməsi, xidmətlərin göstərilməsinin cari vəziyyəti, görülən işlər barədə arayışların, hesabatların alınması, müxtəlif sorğuların göndərilməsi.”;

3.8. 4.5.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.5.7-ci və 4.5.8-ci yarımbəndlər əlavə edilsin:

“4.5.7. göstərdiyi xidmətlərlə bağlı müraciətləri (təklif və şikayətləri) Elektron Reyestr vasitəsilə qəbul edir və cavablandırır;

4.5.8. göstərdiyi xidmətlərin Reyestrin operatoru tərəfindən “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi zamanı yerində baxışın və rəy sorğularının keçirilməsinə zəruri şərait yaradır, xidmətlərin göstərilməsinin cari vəziyyəti, görülən işlər barədə arayışları və hesabatları təqdim edir, sorğuları cavablandırır.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri