22 Sentyabr 2016 01:09
824
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 351

 

№ 351                                    Bakı şəhəri, 20 sentyabr 2016-cı il

 

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 iyun tarixli 934 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 11, maddə 1072, N 12, maddə 1247; 2012, N 1, maddə 40, N 3, maddə 256, N 10, maddə 1016, N 11, maddə 1207; 2013, N 6, maddələr 745, 757, N 7, maddə 868, N 8, maddələr 1005, 1018, N 11, maddə 1466, N 12, maddə 1639; 2014, N 1, maddə 69, N 2, maddələr 191, 201, 207, N 3, maddələr 307, 317, N 4, maddə 449, N 5, maddə 560, N 6, maddələr 733, 747, N 7, maddələr 920, 953, N 10, maddələr 1287, 1319, N 11, maddələr 1505, 1506, N 12, maddə 1656; 2015, N 1, maddə 71, N 4, maddə 465, N 5, maddə 609,     N 6, maddə 790, N 7, maddə 893, N 11, maddələr 1415, 1421, N 12, maddə 1573; 2016, N 2, II kitab, maddələr 367, 384, N 4, maddələr 774, 830, N 5, maddə 955; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 iyul tarixli 260 nömrəli, 15 iyul tarixli 276 nömrəli, 19 iyul tarixli 279 nömrəli, 18 avqust tarixli 309 nömrəli və 23 avqust tarixli 311 nömrəli qərarları)  ilə təsdiq edilmiş 1 nömrəli əlavə “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 7.1.1-ci yarımbənddə “elektron xidmət bölməsində” sözləri “dövlət xidmətləri bölməsində” sözləri ilə əvəz edilsin.

2. 7.1.5-ci  yarımbənddə “elektron xidmət bölməsi” sözləri “dövlət xidmətləri bölməsi” sözləri ilə əvəz edilsin.

3. 11.2-ci bənddə “elektron xidmətləri bölməsində” sözləri “dövlət xidmətləri bölməsində” sözləri ilə əvəz edilsin.

4. Həmin qaydaların 1 nömrəli əlavəsinin 2.6-cı bəndinin “Qeydlər”ində “Elektron xidmət bölməsinə” sözləri “Dövlət xidmətləri bölməsinə” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video