Alternative content

01:14 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan və Koreya respublikaları Konstitusiya məhkəmələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaqdır
Azərbaycan və Koreya respublikaları Konstitusiya məhkəmələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaqdır
ANA SƏHİFƏ / Konstitusiya məhkəməsi
01:05 19.05.2012

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikası Konstitusiya Məhkəməsinin sədri Kank-Kuk Linin dəvəti ilə mayın 19-dan 24-dək Seul şəhərində rəsmi səfərdə olacaqdır.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfərin əsas məqsədi Asiya Konstitusiya Məhkəmələrinin beynəlxalq Məhkəmə Konqresində iştirak etməkdir.

Səfər çərçivəsində, həmçinin Koreya Respublikası Konstitusiya Məhkəməsinin sədr və hakimləri ilə məhkəmə-hüquq əməkdaşlığının perspektivləri barədə müzakirələrin aparılması nəzərdə tutulmuşdur.