20 Sentyabr 2016 06:09
384
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Vladimir Puçkovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı ölkələrimizin müvafiq nazirlikləri arasında uzun illərdir sıx qarşılıqlı fəaliyyətin mövcud olduğunu vurğuladı, bu gün imzalanacaq sənədin əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yaradılmasında Rusiya tərəfinin yardımına görə təşəkkürünü bildirdi, ilkin mərhələdə aparılan qarşılıqlı məsləhətləşmələri və texniki təchizatla bağlı köməyi yüksək qiymətləndirdi. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 10 ildən artıqdır səmərəli fəaliyyət göstərdiyini qeyd edən dövlət başçısı ölkələrimizin müvafiq qurumlarının ikitərəfli əməkdaşlıq həyata keçirdiyini, gözlənilməz situasiyalar və qarşıya çıxan çətinliklər zamanı bir-birinə yardım göstərdiklərini vurğulayaraq bunu dostluq və tərəfdaşlıq əlaqələrinin təsdiqi kimi qiymətləndirdi, bu dostluğun artıq xeyli sınaqlardan keçdiyini vurğuladı.

Rusiya və Azərbaycanın dost dövlətlər olduğunu qeyd edən nazir Vladimir Puçkov ölkələrimizi bir çox məsələlərin birləşdirdiyini dedi. Birgə əməkdaşlığımızın parlaq perspektivləri olduğunu bildirən Vladimir Puçkov Azərbaycanın və Rusiyanın fövqəladə hallar nazirliklərinin uzun illərdir qarşılıqlı fəaliyyət göstərdiklərini, idarəetmə orqanlarının və xüsusi bölmələrin hazırlığının artırılması, eləcə də mütəxəssislərin təlimləri ilə bağlı birgə işlərin aparıldığını, yeni texnologiyaların tətbiq edildiyini diqqətə çatdırdı. Vladimir Puçkov bildirdi ki, bu gün imzalanması nəzərdə tutulan növbəti iki illik plan məqsədlərin müəyyənləşdirilməsi, tapşırıqların formalaşdırılması, həm Azərbaycan, həm də Rusiya tərəfindən məsul şəxslərin təyin olunması üçün yaxşı imkan yaradacaq. O dedi ki, birgə fəaliyyətin əsas məqsədi Rusiya və Azərbaycan əhalisinin həyat təhlükəsizliyi, iqtisadiyyatın, sosial infrastrukturun inkişafı üçün şəraitin yaradılması, eləcə də təhlükə və fəlakətlərin azaldılması üçün müasir forma və metodların tətbiqidir.

 

AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video