Alternative content

01:42 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının rəhbərini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının rəhbərini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
05:09 20.09.2016

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Belarus Prezidenti Aleksandr Lukaşenko ilə bu yaxınlarda Bişkekdə görüşünü məmnunluqla xatırladı. Azərbaycan ilə Belarusun çox yaxın və dost münasibətdə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin bütün istiqamətlərdə əməkdaşlıq etdiyini, bir-birlərinə etibar və hörmət göstərdiklərini, həmişə dəstək verdiklərini dedi. Prezident İlham Əliyev hər iki ölkə rəhbərinin münasibətlərinin bütün qurumların, o cümlədən iqtisadi blok, xarici siyasət, təhlükəsizlik və digər məsələlərlə məşğul olan strukturlar arasında əməkdaşlığın genişləndirilməsi işinə təkan verdiyini vurğuladı. Dövlət başçısı indiki mürəkkəb dövrdə təhlükələrin düzgün qiymətləndirilməsinin və bu təhlükələrə qarşı qüvvələrin birləşdirilməsinin vacibliyini də bildirdi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişafı baxımından Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın ölkəmizə səfərinin önəmini vurğuladı və səfərin əməkdaşlığımızın inkişafı və ikitərəfli münasibətlərimizin gündəliyində duran məsələlərin müzakirəsi və operativ həlli baxımından əhəmiyyətini qeyd etdi.

Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas 1981-1985-ci illərdə Bakı hərbi məktəbində təhsil aldığını məmnunluqla xatırladı. Bakıda çox böyük inkişafın şahidi olduğunu deyən qonaq bütün Azərbaycanın, xüsusilə paytaxtımızın dinamik şəkildə inkişafının onda böyük sevinc hissi doğurduğunu dedi. O, Azərbaycan xalqının qazandığı bütün bu nailiyyətlərdə şəxsən Prezident İlham Əliyevin xüsusi xidmətini ehtiramla qeyd edərək bu böyük işlərin onda dərin təəssürat yaratdığını vurğuladı. 

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi-texniki və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıqdan məmnunluq ifadə olundu.

AZƏRTAC