Alternative content

16:36 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
01:09 18.09.2016

 

Özümə məxsus boş torpaq sahəsini banka girov qoymaqla kredit götürmüşəm. İndi həmin torpaqda ev tikmək istəyirəm. Bunun üçün bankdan razılıq almalıyam?

 

Müzəffər  MƏDƏTOV,

Bakı şəhər sakini

 

Siz özünüzə məxsus torpaq sahəsində yaşayış evinin inşası ilə bağlı müvafiq qanunvericiliyin tələblərinə əməl etməklə fərdi yaşayış evi tikmək hüququna maliksiniz. Bunun üçün ipoteka saxlayanın (konkret halda bankın) razılığının alınması tələb edilmir.

Lakin bu zaman bir halı nəzərə almalısınız: torpaq sahənizə dair yaranmış ipoteka hüququ inşa edəcəyiniz fərdi yaşayış evinə də şamil ediləcəkdir. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,  “İpoteka haqqında” qanunun  52-ci maddəsinə əsasən,  tikəcəyiniz fərdi yaşayış evi barəsində ipoteka saxlayanın (bankın) razılığı olmadan  sərəncam vermək (satmaq, bağışlamaq və s.) hüququna malik olmayacaqsınız.

   

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi