Alternative content

15:05 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oxucuların suallarına cavab verir
Oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
02:09 03.09.2011

 

Ərimdən boşanmaq istəyirəm. Birgə nikahdan övladımız olmamışdır və hər ikimiz boşanmağa razıyıq. Bu halda, nikahımızın bağlandığı orqana müraciət edərək boşanmamız mümkündürmü? Əgər mümkündürsə, bu müddət nə qədər davam edir?

Arzu Hüseynova,

Naxçıvan

 

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.1-ci maddəsinə görə ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) xitam verilə bilər.

Həmin Məcəllənin 181.1-ci maddəsinə görə qarşılıqlı razılıq üzrə nikahın pozulması (bu Məcəllənin 17.1-ci maddəsi) haqqında ərizədə ər-arvad onların yetkinlik yaşına çatmayan uşaqlarının olub-olmadığını təsdiq etməyə borcludurlar.

Həmin Məcəllənin 181.2-ci maddəsinə görə nikahın pozulması bu barədə ərizə verilən gündən 1 ay keçdikdən sonra qeydə alınır.

Göründüyü kimi, yetkinlik yaşına çatmayan ümumi uşaqlarınız olmadığından və hər ikiniz boşanmağa razı olduğunuzdan, nikahınızın müvafiq qeydiyyat şöbəsində pozulması mümkündür. Bunun üçün hər ikinizin və ya birinizin yaşadığı yer üzrə qeydiyyat şöbəsinə və ya nikahınızın qeydiyyata alındığı qeydiyyat şöbəsinə nikahın pozulması haqqında ərizə təqdim etməyiniz zəruridir. Ərizə verilən gündən 1 ay sonra nikahınız pozulacaqdır.

 

Mənzilin özgəninkiləşdirilməsi zamanı müqavilənin təsdiqi üçün notariat orqanına hansı məbləğdə dövlət rüsumu ödənilməlidir?

Fikrət Axundov,

Bakı şəhəri

 

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 10.1.1-ci maddəsinə görə daşınmaz əmlakın (mənzillərin, bağ evlərinin, qurğuların, tikililərin, torpaqların və başqa daşınmaz əmlakın) özgəninkiləşdirilməsi, mənzil sahələrinin və bağ evlərinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün, əgər müqavilə üzrə əmlak ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə, 7 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

Müqavilə üzrə əmlak başqa şəxslərə keçirsə, Bakı şəhərində 110 manat, digər şəhər və rayonlarda 44 manat məbləğində dövlət rüsumu ödənilməlidir (həmin qanunun 10.1.2-ci maddəsi).

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM