14 Sentyabr 2016 04:09
765
Konstitusiya məhkəməsi
A- A+

Konstitusiya Məhkəməsinin sədri Batumidə beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstan Konstitusiya Məhkəməsinin 20 illik yubileyi münasibətilə keçirilən “Keçid dövrü demokratiyasında konstitusiya ədalət mühakiməsi: Şərqi Avropada Konstitusiya nəzarətinin uğuru və problemləri” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün sentyabrın 8-dən 11-dək Batumidə səfərdə olub.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq konfransda Gürcüstan Konstitusiya Məhkəməsinin sədri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədr müavini, Avropa Şurası Venesiya Komissiyasının sədr müavini və Avropanın bir sıra ölkələrinin Konstitusiya məhkəmələrinin sədrləri və hakimləri çıxış ediblər. Konfransda Konstitusiya məhkəmələrinin təcrübəsində beynəlxalq müqavilələrin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının tətbiqi, Konstitusiya Məhkəməsinə fiziki və hüquqi şəxslərin müraciətləri, qanunvericiliyin təfsiri və digər hüquqi məsələlər üzrə müzakirələr aparılıb.

Fərhad Abdullayev konfransda Azərbaycan Respublikasının ümumi yurisdiksiyalı məhkəmələrinin Konstitusiya Məhkəməsinə müraciətləri barədə məruzə ilə çıxış edib, Konstitusiya Məhkəməsinin bu sahədə qəbul olunan qərarlarla bağlı mülahizələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Səfər çərçivəsində bir sıra xarici ölkələrin Konstitusiya məhkəmələrinin sədrləri ilə görüşlər keçirilib, məhkəmə-hüquq əməkdaşlığı məsələləri müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video