Alternative content

08:21 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıdakı 32 nömrəli orta məktəb üçün yeni tədris korpusu tikilib Prezident İlham Əliyev yeni korpusda yaradılan şəraitlə tanış olub
Bakıdakı 32 nömrəli orta məktəb üçün yeni tədris korpusu tikilib Prezident İlham Əliyev yeni korpusda yaradılan şəraitlə tanış olub
ANA SƏHİFƏ / Tədbirlər
11:09 14.09.2016

Bakının Nizami rayonundakı 32 nömrəli tam orta məktəb üçün yeni tədris korpusu tikilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub.

Məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, 1963-cü ildən fəaliyyətdə olan məktəbdə bir neçə il bundan əvvəl əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, məktəbin maddi-texniki bazası möhkəmləndirilib. Lakin sonradan şagird sıxlığına görə məktəbin genişləndirilməsi zərurəti yarandığından ərazidə yeni korpusun tikintisinə başlandı. Yeni korpusda 800 şagird yerlik 40 sinif otağı yaradılıb. Bütün sinif otaqları əyani vəsaitlər, tədris ləvazimatları ilə tam təchiz olunub. Yaradılan şərait isə ümumilikdə 1150 şagirdin təhsil aldığı məktəbin imkanlarını daha da genişləndirib. Belə ki, yeni dərs ilindən həm Azərbaycan, həm də rus bölmələrindən ibarət olan məktəb birnövbəli rejimə keçir.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Bilik günündə məktəbə qədəm qoyan birinci sinif şagirdlərinə məktəbli çantası və digər dərs ləvazimatları hədiyyə ediləcək.

Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı, bu sahəni dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil etməsi təsadüfi deyil. Çünki ulu öndər Heydər Əliyevin də dediyi kimi, təhsil millətin gələcəyidir. Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Bu siyasət həm də son illərdə tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib.