Alternative content

07:55 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Amerikalı səyahətçi: Azərbaycan xarici səfər üçün çox gözəl ölkədir
Amerikalı səyahətçi: Azərbaycan xarici səfər üçün çox gözəl ölkədir
ANA SƏHİFƏ / Turizm
08:09 07.09.2016

ABŞ-ın Missuri ştatından olan, tez-tez dünyanın müxtəlif bölgələrinə səyahət edən səyyah Meri Klark Azərbaycana səfər edib. Xanım Klark səfərləri ilə bağlı təəssüratlarını bloq yazılarında bölüşür. Onun səfərlərindən çəkilmiş şəkillər isə Sent Luis şəhərinin “Saint Louis Post Dispatch” qəzetinin “Səyahətlər” bölməsində dərc olunur.

Azərbaycana səfəri zamanı Meri Klark Bakını gəzib, UNESCO-nun Dünya İrs Siyahısına salınmış Qız Qalası və Şirvanşahlar sarayını ziyarət edib. O, həmçinin Şamaxıda, İsmayıllı rayonunun Lahıc qəsəbəsində, Qəbələdə, Zaqatalada, Qaxda və Şəkidə olub. Azərbaycanın şimal bölgəsində olarkən M.Klark Şəki xanlarının sarayı və Kiş kəndində yerləşən Qafqaz Alban Kilsəsi, bir çox tarixi abidələr ilə tanış olub. Xanım Klark Azərbaycana səfərindən razı qaldığını və tezliklə ölkəmizə qayıdacağını bildirib.

O deyib: “Mən Azərbaycanda heç vaxt olmamışdım və bu ölkə haqqında o qədər də çox məlumatım yox idi. Burada yaşayan insanların səmimi və qonaqpərvər olduğunu gördüm. Yeməklər çox dadlıdır. Azərbaycan xarici səfər üçün çox gözəl ölkədir. Mən xarici səyahətçiləri buraya səfər etməyə çağırıram. Düzünü desəm, Azərbaycan vaxtilə keçmiş Sovet İttifaqının tərkib hissəsi olduğuna görə buraya səyahət etməyə bir az çəkinirdim. Ancaq bu ölkəyə səfər etdikdən sonra hökumətin çox yaxşı işlər gördüyünün şahidi oldum. Burada bütün dinləri təmsil edən insanların birlikdə yaşamaları və işləmələri üçün şərait yaradılıb.

Azərbaycanın rayonlarında oldum, insanların mehribanlığını, xüsusilə də ölkənin şimal hissəsinin gözəl dağlarını gördüm. Rayonlarda yediyim yeməklər də çox ləziz idi. Bundan başqa, ilk xristian kilsəsi olan Kiş kilsəsini ziyarət etdim. Bu, mənim üçün gözəl təcrübə idi. Mən Azərbaycanda çoxlu şəkillər çəkdim və bu şəkilləri ABŞ-da tanıdığım hər kəsə göstərəcəyəm. Azərbaycana səfərimdən həqiqətən də çox razı qaldım”.