Alternative content

22:03 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 338
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 338
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:09 07.09.2016

 

№ 338                                    Bakı şəhəri, 1 sentyabr 2016-cı il

 

“İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında

 

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 672 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  qərara alır:

“İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin Siyahısı”  təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 1sentyabr tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin

 

S İ Y A H I S I

 

  1. Publik hüquqi şəxslər.
  2. İctimai birliklər və fondlar.
  3. Dini qurumlar.
  4. Kredit təşkilatları.
  5. Sığorta şirkətləri.
  6. İnvestisiya fondları.
  7. Qeyri-dövlət (özəl) sosial fondlar.
  8. Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər.
  9. Kütləvi informasiya vasitələri ilə məhsullarının istehsalını və (və ya) yayılmasını həyata keçirən hüquqi şəxslər.
  10. Telekommunikasiya xidməti göstərən müəssisələr.
  11. Poçt müəssisələri.
  12. Müntəzəm sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat müəssisələri.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 20 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri”nə cavab verən hüquqi şəxslər.

Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.