06 Sentyabr 2016 02:09
809
Turizm
A- A+

Azərbaycan müsəlman turistləri üçün ən yaxşı istiqamətlər siyahısında yer alıb

“Mastercard” və “CrescentRating” müsəlman turistlərin səyahət istiqamətləri və tələblərini araşdıran “Müsəlmanların Qlobal Səyahət İndeksi 2016” adlı hesabatını dərc edib.

AZƏRTAC xəbər verir ki, hesabata əsasən, Malayziya, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) və Türkiyə ən yüksək indeks göstəricilərinə malik olmaqla müsəlman turistlər üçün ən məşhur istiqamətlər siyahısında ilk sıralarda yer alıb. Belə ki, 130 turizm istiqamətini əhatə edən araşdırma nəticəsində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri sırasında Azərbaycan 20-ci yerdə qərarlaşıb.

Ötən ilin hesabatı ilə müqayisədə BƏƏ bir pillə irəliləyərək İƏT istiqamətləri siyahısında ikinci yerə sahib çıxıb. Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının digər üzvləri olan Qatar, Səudiyyə Ərəbistanı, Oman və Bəhreyn də ilk onluqda yer alıblar. Siyahıda liderliyi Malayziya qoruyub saxlayıb.

İƏT-ə üzv olmayan ölkələrdən isə Sinqapur birinci olub. Növbəti sıralarda Tailand, Böyük Britaniya və CAR qərarlaşıb.

Bununla yanaşı, araşdırmanın nəticələrinə əsasən, 2015-ci ildə orta hesabla 117 milyon müsəlman turist qeydə alınıb ki, bu da ümumilikdə turizm bazarının 10 faizini təşkil edir. Sözügedən göstəricinin 2020-ci ilədək 168 milyon nəfərə və ya ümumi turist axınının 11 faizə çatacağı gözlənilir. Qeyd olunan tarix üçün müsəlman turistlərin xərclərinin 200 milyard doları üstələyəcəyi proqnozlaşdırılır.

Asiya və Avropa ölkələri ümumilikdə müsəlman turist axınının 87 faizini qəbul etməklə müsəlman turistləri cəlb edən əsas iki region kimi qeyd olunub.

Sürətlə inkişaf edən bu sektor üzrə ən geniş araşdırmanın nəticələrinə əsasən, təqdim olunmuş hesabatda Orta Şərq və Afrika regionundan 8 ölkə müsəlman turistləri üçün ən yaxşı səyahət istiqamətlərinin ilk onluğunda yer alıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video