Alternative content

03:49 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıdakı 109 nömrəli məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib
Bakıdakı 109 nömrəli məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib
ANA SƏHİFƏ / Tədbirlər
12:09 06.09.2016

Bakının Nizami rayonundakı 109 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da məktəbin binasında yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Diqqətə çatdırıldı ki, 109 nömrəli tam orta məktəbin binası 1966-cı ildə tikilib. Ötən dövrdə burada müəyyən cari təmir işləri görülsə də, binada əsaslı yenidənqurmaya ehtiyac yaranmışdı. Bunu nəzərə alaraq təhsil ocağının binasında dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq əsaslı təmir işləri görülüb.

Məktəbin həyətində bu təhsil ocağının Qarabağ uğrunda döyüşlərdə şəhid olan məzunu Rəhilə Orucovanın büstü qoyulub. Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsil işçiləri ilə görüşləri, həmçinin müxtəlif məktəblərin açılışı zamanı çəkilən fotolarından ibarət stend yaradılıb.

Məlumat verildi ki, 760 şagird yerlik məktəbdə 42 sinif otağı və 5 fənn kabinəsi var. Sinif otaqlarının, o cümlədən fənn kabinələrinin hamısı müasir tədris avadanlığı ilə təchiz olunub. Burada uşaqların təlim-tərbiyəsi ilə 85 təhsil işçisi məşğul olur. Bu il məktəbi bitirənlərin 76 faizi ali məktəblərə qəbul olunub.

Beləliklə, paytaxtın Nizami rayonundakı 109 nömrəli məktəbin müəllim və şagird kollektivi sentyabrın 15-də yeni dərs ilinə müasir standartlar səviyyəsində əsaslı təmir olunmuş binada başlayacaq. Paytaxtda və bölgələrdə yeni məktəb binalarının inşası, mövcudlarının əsaslı şəkildə yenidən qurulması Azərbaycanda təhsil islahatlarının ardıcıl xarakter aldığını nümayiş etdirir.

Paytaxtdakı 109 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.