Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 334
№ 334 Bakı şəhəri, 1 sentyabr 2016-cı il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmiş “Filmlərin yayımı və nümayişi Qaydaları”nda dəyişiklik edilməsi barədə
“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, N 7, maddə 633; 2008, N 3, maddə 239) ilə təsdiq edilmiş “Filmlərin yayımı və nümayişi Qaydaları”na aşağıdakı məzmunda 18-ci hissə əlavə edilsin:
“18. Kino xidməti göstərilərkən reklam kinoteatrın foyesində yayımlana bilər. Kinofilmlərin (əvvəli istisna olmaqla) nümayişi zamanı reklam yayımlanması qadağandır.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib...
25 Aprel
Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər
25 Aprel
Gözəlliyi rənglərə köçürən rəssam
25 Aprel
Şuşa xanəndəlik məktəbinin nümayəndələrindən biri - Seyid Şuşinski
25 Aprel
Mədəniyyət beşiyi
25 Aprel
COP29 Azərbaycan üçün böyük fürsətdir
25 Aprel
COP29 ərəfəsində "yaşıl külək"
25 Aprel
"Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"
25 Aprel
Azərbaycan-Çin əlaqələri dostluğa və qarşılıqlı maraqlara söykənir
25 Aprel
Sahibkarlar iqtisadi inkişafın aparıcı qüvvəsidir
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!