Alternative content

23:57 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 336
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 336
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:09 06.09.2016

 

№ 336                         Bakı şəhəri, 1 sentyabr 2016-cı il

 

“İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası”nın və “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N 8, maddə 762; 2012, N 5, maddə 494; 2013, N 6, maddə 752; 2016, N 6, maddə 1187) ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.6-cı bəndə “üzərində” sözündən sonra “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin tələblərinə uyğun olaraq” sözləri əlavə edilsin.

2. 3.12-ci bənddən “və reklam fəaliyyətlərində istifadə edilə” sözləri çıxarılsın və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İdman mərc oyununu udan şəxsin yazılı razılığı olmadan onun adı reklamda açıqlana bilməz.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri