04 Sentyabr 2016 02:09
771
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 323

 

№ 323                                    Bakı şəhəri, 31 avqust 2016-cı il

 

“İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanının  4.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 31 avqust tarixli 323 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətininmüəyyən edilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) ipoteka kreditləşməsinə yönəltdiyi vəsaitin əhali tərəfindən təmirli  yaşayış sahələrinin  alınmasına ayrılması zamanıyaşayış sahəsinin 1 (bir) kvadratmetri üçün ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətini müəyyən edir.

1.2. Yaşayış sahəsinin 1 (bir) kvadratmetri üçün orta bazar qiyməti ipoteka kreditləşməsi zamanı təqdim edilən yaşayış sahələri üzrə satış qiymətlərinin yuxarı həddinin müəyyən edilməsi, habelə əhalinin yaşayış sahələrinə artan tələbatının ödənilməsi üçün əlverişli maliyyə vəsaitlərinə çıxış imkanlarının, ipoteka kreditləşməsi sisteminin səmərəliliyinin artırılması məqsədi ilə müəyyənləşdirilir.

 

2. Orta bazar qiymətlərinin müəyyənləşdirilməsi

 

2.1. Yaşayış sahəsinin 1 (bir) kvadratmetri üçünorta bazar qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə Cəmiyyət tərəfindən rübdə bir dəfədən az olmayaraq bazar araşdırmaları aparılır. Araşdırmalar zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın alqı-satqısı zamanı təşəkkül tapan qiymətlərin uçotu barədə məlumatları, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin mənzillərin və yaşayış evlərinin bazar qiymətləri barədə məlumatları, Azərbaycan Respublikasında daşınmaz əmlak bazarında fəaliyyət göstərən müstəqil qiymətləndiricilərin beynəlxalq standartlara uyğun məlumatları, kütləvi informasiya vasitələrinin, müxtəlif nəşrlərin, İnternet şəbəkəsinin və digər mənbələrin elanları və reklam məlumatları mənbə kimi istifadə edilir.

2.2. Yaşayış sahəsinin 1 (bir) kvadratmetri üçün orta bazar qiyməti müəyyənləşdirilərkən aşağıdakı amillər nəzərə alınır:

2.2.1. yaşayış sahəsinin təmirli olması;

2.2.2. yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmış olması;

2.2.3. yaşayış sahəsinin yerləşdiyi ərazi.

2.3. Cəmiyyət tərəfindən toplanmış məlumatlar yaşayış sahəsinin yerləşdiyi ərazi, otaqların sayı, ilkin və təkrar bazar göstəriciləri üzrə qruplaşdırılır.

2.4. Toplanmış məlumatlar əsasında Cəmiyyətin İdarə Heyəti tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8-ci maddəsi ilə müəyyən edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalar, ölkənin digər şəhər və rayon əraziləri üzrə yaşayış sahəsinin 1 (bir) kvadratmetri üçün orta bazar qiymətləri müəyyən olunur və təsdiq üçün Cəmiyyətin Müşahidə Şurasına təqdim edilir.

2.5. Cəmiyyətin Müşahidə Şurası yaşayış sahəsinin 1 (bir) kvadratmetri üçün orta bazar qiymətini təsdiq etdikdən sonra bu məlumatlar Cəmiyyətin rəsmi internet səhifəsində yerləşdirilməlidir.

2.6. Cəmiyyətin Müşahidə Şurası orta bazar qiymətlərinə İdarə Heyətinin təklifləri əsasında 6 (altı) aydan gec olmayaraq, orta bazar qiymətləri üzrə 10 faiz və daha çox dəyişikliklər baş verdikdə isə dərhal baxır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video