Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:23 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 330
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 330
ANA SƏHİFƏ / Nazirlər Kabineti
02:09 04.09.2016

 

№ 330                                    Bakı şəhəri, 1 sentyabr 2016-cı il

 

“Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 9, maddə 867) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nə aşağıdakı məzmunda 3.7-ci bənd əlavə edilsin:

“3.7. Qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərtilə yerləşdirilə bilər.”.

2. Həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Əsasnaməsi”nə aşağıdakı məzmunda 3.7-ci bənd əlavə edilsin:

“3.7. Qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərtilə yerləşdirilə bilər.”.

3. Həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nə aşağıdakı məzmunda 3.7-ci bənd əlavə edilsin:

“3.7. Qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərtilə yerləşdirilə bilər.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM