Alternative content

10:02 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 332
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 332
ANA SƏHİFƏ / Nazirlər Kabineti
02:09 04.09.2016

 

№ 332                                    Bakı şəhəri, 1 sentyabr 2016-cı il

 

“Küçə reklamının yayımı və reklam tarifi zonalarının müəyyən  edilməsi Qaydaları”nın və “Küçə  reklamı lövhəsinin yerləşdirilməsinə verilən icazə sənədinin forması”nın təsdiq edilməsi  haqqında” Azərbaycan Respublikası  Nazirlər  Kabinetinin 2008-ci il 23 aprel tarixli 92 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Küçə reklamının yayımı və reklam tarifi zonalarının müəyyən edilməsi Qaydaları”nın və “Küçə reklamı lövhəsinin yerləşdirilməsinə verilən icazə sənədinin forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli 92 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 4, maddə 312; 2009, N 6, maddə 491) 1-ci hissəsindən “Küçə reklamının yayımı və reklam tarifi zonalarının müəyyən edilməsi Qaydaları” sözləri çıxarılsın.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri