01 Sentyabr 2016 04:09
831
Turizm
A- A+

BƏƏ-nin “Amwal” jurnalı Azərbaycanın turizm imkanlarından bəhs edir

Bir sıra ərəb və Avropa ölkələrində, eləcə də ABŞ-da dərc olunan, əsasən müasir həyat, sərmayə və turizm mövzularını işıqlandıran Birləşmiş Ərəb Əmirliklərinin “Amwal” jurnalında Azərbaycanın turizm imkanlarından bəhs edən məqalə dərc olunub.

Müəllifi jurnalın baş redaktoru Xalid Əbu Zəhrın olduğu məqalədə Azərbaycanın coğrafi mövqeyi barədə məlumat verilir. Bildirilir ki, 11 iqlim qurşağından 9-u məhz Azərbaycanın ərazisindən keçir. Bu amildən bacarıqla istifadə edilməsi hesabına paytaxt Bakıda, eləcə də Naxçıvan Muxtar Respublikasında, Qəbələdə, Qubada, Qusarda, Naftalanda və digər rayonlarda yüksək beynəlxalq standartlara cavab verən müasir turizm infrastrukturu yaradılıb, bənzərsiz orqanik dada malik kənd təsərrüfatı məhsulları yetişdirilir.

O, paytaxt Bakı barədə yazaraq qeyd edir ki, Xəzər dənizinin sahilində yerləşən bu müasir şəhər qədimlik və müasirliyin estetik sintezini özündə ehtiva edir. O, Bakının zəngin mədəni-tarixi irsə, eləcə də Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Bakı limanı, Park Bulvar kimi müasir memarlıq əsərlərinə malik olduğunu oxucuların diqqətinə çatdırır. Müəllif Bakıda çoxsaylı muzey və abidələrin olduğunu, qədim Qız qalasının UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyini bildirir. O, Azərbaycan mədəniyyətinə və tarixinə xüsusi qayğı ilə yanaşan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəni, tarixi irsimizin dünya miqyasında tanıdılması istiqamətində böyük səylərini xüsusi vurğulayır.

Məqalədə, həmçinin Azərbaycandakı müalicəvi turizm zonalarından söhbət açılır, Naftalan rayonunda bu məqsədlə yaradılmış şəraitə toxunulur, həmin xəstəliklərin müalicəsində ağ neftdən istifadə edildiyi bildirilir.

Yazıda, eyni zamanda, Azərbaycanın dünya idman ailəsinin fəal üzvü olduğu vurğulanır, 2015-ci ildə ölkəmizdə birinci Avropa Oyunlarının keçirildiyi, həmin yarışlarda 50 ölkədən 6 mindən çox idmançının 20 idman növündə yarışdığı və 2017-ci ildə Bakıda IV İslam Həmrəylik Oyunlarının təşkil ediləcəyi barədə məlumat verilir.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video