01 Sentyabr 2016 12:09
463
MSK
A- A+

Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermə təşkil edildiyi hallarda səsvermə hüququna malik şəxsləri seçici siyahılarına daxil etməli olan seçki dairələrinin müəyyən edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 16/72

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.2-ci maddəsinə və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikası Prezidentinin seçkilərinin və referendumun təşkili haqqında Təlimat”ına əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan seçicilər həmin məcəllənin 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla seçki dairələri üzrə seçici siyahılarına daxil edilirlər. Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərində və konsul idarələrində qeydə alınmış seçicilərin sayı haqqında məlumatları Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi təqdim edir. Mərkəzi Seçki Komissiyası həmin məlumatlar əsasında prezident seçkiləri və referendumda göstərilən seçicilərin siyahıya alınması üçün müvafiq seçki dairələrinin siyahılarını təsdiq edir.

Ona görə də Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermə təşkil edildiyi hallarda seçicilərin sayı və təmsilçilik norması əsas götürülməklə, bu fəaliyyəti həyata keçirməli olan seçki dairələri müəyyən edilməli, Mərkəzi Seçki Komissiyasının oxşar münasibətləri hissəvi tənzimləyən müvafiq qərarı isə qüvvədən düşmüş hesab edilməlidir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 29.2-ci, 35.6-cı və 47.4-cü maddələrinə əsasən qərara alır:

1. Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermə təşkil edildiyi hallarda, müvafiq seçki dairələri üzrə seçicilərin sayı və təmsilçilik norması əsas götürülərək,  səsvermə hüququna malik şəxsləri seçici siyahılarına daxil etməli olan aşağıdakı seçki dairələri müəyyən edisin:

 

15 saylı Yasamal birinci

16 saylı Yasamal ikinci

17 saylı Yasamal üçüncü

 

2. Mərkəzi Seçki Komissiyasının oxşar münasibətləri tənzimləyən 30 iyun 2003-cü il tarixli 5/32 saylı qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

31.08.2016

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video