Alternative content

17:38 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 316
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 316
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:08 31.08.2016

 

№ 316                                    Bakı şəhəri, 24 avqust 2016-cı il

 

“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

“Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 918 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, N1, maddə 29; 2013, N 8, maddələr 999, 1033; 2014,

N 5, maddə 561, N 6, maddə 747) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları” üzrə:

1.1. aşağıdakı məzmunda 4.2-1-ci bənd əlavə edilsin:

“4.2-1. “Sərhədkeçmə zamanı xüsusi diqqət” altsistemi- altsistem vasitəsilə gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydada nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan fiziki şəxslər barədə məlumatlar “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilir və sərhədkeçmə nəzarəti zamanı aşağıdakı məqsədlər üçün istifadə olunur:

4.2-1.1. aparılması məcburi olan əvvəllər gətirilmiş nəqliyyat vasitələrinin və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına görə inzibati xəta haqqında iş üzrə icraata gömrük orqanları tərəfindən başlanılması üçün bu tələbləri pozan fiziki şəxsin sərhəd keçməsinə icazə verilməməsi;

4.2-1.2. şəxsin sərhəd keçməsinə aidiyyəti dövlət orqanı tərəfindən nəzarətin təmin edilməsi;”;

1.2.4.3.2.1-ci yarımbəndə “Sərhədkeçməyə məhdudiyyət siyahısı” sözlərindən sonra “və “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı” sözləri əlavə edilsin və həmin yarımbənddə “resursu” sözü “resursları” sözü ilə əvəz edilsin.

1.3. aşağıdakı məzmunda 6.5.3.2-1-ci və 6.5.4.2-1-ci yarımbəndlər əlavə edilsin:

“6.5.3.2-1. “Sərhədkeçmə zamanı xüsusi diqqət”;

6.5.4.2-1. “Sərhədkeçmə zamanı xüsusi diqqət”;

1.4.6.6.3.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.6.3.7-ci yarımbənd əlavə edilsin:

6.6.3.7. “Sərhədkeçmə zamanı xüsusi diqqət”;

1.5. 6.7.3.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.7.3.9-cu yarımbənd əlavə edilsin:

6.7.3.9. “Sərhədkeçmə zamanı xüsusi diqqət”;

1.6. aşağıdakı məzmunda 6.7.4.2-ci yarımbənd əlavə edilsin:

“6.7.4.2. Azərbaycan Respublikası gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi.”;

 1.7. aşağıdakı məzmunda 6.7-1-ci bənd əlavə edilsin:

“6.7-1. “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı” informasiya resursu üzrə:

6.7-1.1. nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan fiziki şəxslər, onların nəqliyyat vasitələri və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan mallar haqqında məlumatlar “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilir və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusu dəyişdirilir.”.

2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin 11-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

 

11.

Dövlət Gömrük   Komitəsi

“Sərhədkeçməyə məhdudiyyət siyahısı”, “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”

“Azərbaycan Respublikasının vətəndaşları”, “Əcnəbilər”, “Sərhədkeçmə”

“Sərhədkeçməyə məhdudiyyət siyahısı”,

“Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”

 

 Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri