Alternative content

22:03 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çətinliklər arxada qalıb...
Çətinliklər arxada qalıb...
ANA SƏHİFƏ / Oxucu məktubları
12:08 28.08.2016

 

Bu gün inkişafımız təkcə paytaxtla bitmir, desək, səhv etmərik. Rayonlarımız, kəndlərimiz də yüksəlişdədir. Regionların tərəqqisi respublikamızın simasını gözəlləşdirib. Beləcə, insanların rifah halı da xeyli yaxşılaşıb.

Götürək elə bizim Siyəzəni. Əvvəllər küçələri dağılıb əldən gedən şəhərimizə qonaq  dəvət etməyə utanırdıq: suyumuz gəlmirdi, kanalizasiya xətti bərbad vəziyyətdə idi, işıqlar da tez-tez sönürdü...

İndi isə vəziyyət  tamamilə fərqlidir. Son on ildə Siyəzən  tanınmaz olub - böyüyüb, gözəlləşib. Həyat da rahatlaşıb.  Su, qaz, işıq problemi aradan qaldırılıb. Rayonun kəndlərində sosial problemlər ardıcıllıqla bir-bir həll olunur. Bir sözlə, uzun illər bizi narahat edən çətinliklər arxada qalıb: həyatımızdan məmnunuq.

 Rayon mərkəzində küçə işıqları quraşdırılıb, yollar yenilənib, ətraf ərazi abadlaşdırılıb. Sakinlərin mədəni istirahəti üçün park və xiyabanlar salınıb, müasir sosial obyektlər istifadəyə verilib. Əlbəttə ki, yeni iş yerlərinin açılmasını da xüsusi qeyd etməliyik. Daha çox iş yerlərinin açılması daha yüksək rifah deməkdir. Görülən işlərə, həyata keçirilməkdə olan sosial layihələrə görə dövlətimizə, zəhmət çəkən hər kəsə öz minnətdarlığımızı bildiririk. 

 

Xumara ABDULLAYEVA,

Siyəzən rayonu