Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

20:45 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vətənpərvərlik tərbiyəsi ailədən, məktəbdən başlayır
Vətənpərvərlik tərbiyəsi ailədən, məktəbdən başlayır
ANA SƏHİFƏ / Oxucu məktubları
12:08 28.08.2016

 

Hərbi vətənpərvərlik hisslərinin aşılanması təbii ki, ailədən, orta məktəbdən başlanır. Müharibə şəraitində yaşayan Azərbaycanın kiçik yaşlı vətəndaşlarını bu ruhda böyütmək valideynlərin və müəllim-tərbiyəçilərin üzərinə düşür.

Məktəblilərə cəbhə xəttində tez-tez atəşkəsin pozulması, qəhrəmanlıqla şəhid olan igidlərimiz, cəbhə bölgəsində yaşayan sakinlərin fədakar həyatı barədə müəyyən bilgilər veririk. Tədris etdiyim informatika fənnində bir çox mövzuya motivasiya kimi vətənpərvərlik mövzusunu seçirəm, bunu dərslə əlaqələndirirəm.

VI-VII siniflərdə internet resursları, elektron poçt mövzularını keçərkən belə, vətənimiz, torpaqlarımızı azad etməyə qadir olan qüdrətli ordumuz haqqında məlumat verirəm. Şagirdlər əsgərlərimizə elektron məktub yazır, onları qələbəyə ruhlandırırlar. Biz də bu məktubları çap edib hərbi hissələrə göndəririk.

10-cu sinif şagirdi Solmaz Quliyeva əsgərimizə belə məzmunda məktub göndərib: “Torpaqlarımızı qoruyan, yuxusuz qalan, çətinliklərə sinə gərən vətən oğlu, salam! Mən sizə təşəkkür edirəm, əlində silah, qəlbində Azərbaycan sevgisi ilə həyatınızı riskə atıb bizi qoruyursunuz, rahat yaşamağımız, oxumağımız üçün siz gecə-gündüz əzmkarlıqla xidmət edirsiniz. Biz cəbhədə baş verən bütün hadisələri izləyirik, doğma vətənimizin hər bir şəhidinə dərindən üzülürük. İşğalçı düşmənə qəzəbimiz isə gündən-günə artır. Bunu biz dərslərimizi daha inamla çalışmaqla göstəririk. Bilirik ki, ölkəmizin gələcəyi bizlərdən asılıdır. Dərs əlaçısı kimi qarşıma məqsəd qoymuşam ki, xalqımıza, dövlətimizə yararlı olmaq üçün, ilk növbədə,  biliyimi artırım. Bizim borcumuz dərslərimizi yaxşı oxumaq, beynəlxalq olimpiadalara, bilik yarışlarına qatılmaq, uğur qazanmaq, bayrağımızı qaldırmaqdır. Arzu edirəm ki, tezliklə hərbi xidməti başa vurub doğmalarınıza, ailənizə qovuşasınız. Əsgərlik məktəbini şərəflə keçən qardaşlarımızla fəxr edirik!”

Belə məktublarda hər şagirdin ürək sözləri, arzuları fərqli və rəngarəngdir. Biz dərsin sonunda məktub müəllifi Solmaza bir sürpriz etdik. Skayp vasitəsilə onun əsgər qardaşı İlqarla xidmətdə olduğu hərbi hissənin rəhbərliyinin razılığı ilə canlı bağlantı qurduq. Şagirdim olmuş İlqarı hərbi formada görmək müəllim kimi mənə böyük qürur hissi verdi. Bu canlı dialoq zamanı şagirdlərin də, əsgərlərin də çöhrələrindən sonsuz sevinc yağırdı. Əsgərlər hər bir suala dəqiq, dürüst cavab verirdilər, bu da məktəblilərdə ruh yüksəkliyi yaradırdı.

 

Aytac RZAYEVA,

Xətai rayonundakı 24 №-li tam orta məktəbin informatika müəllimi

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM