Alternative content

03:25 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İşıqlı günə çıxsınlar
İşıqlı günə çıxsınlar
ANA SƏHİFƏ / Oxucu məktubları
12:08 28.08.2016

 

İllər öncə kəndlərimizin ən böyük problemi əsasən qaz və işıq təchizatındakı problemlərlə bağlı idi. İşıq fasilələrlə verilsə də, təbii qaz kəndlərdə ümumiyyətlə on illərlə olmayıb.

Gecələr zülmətdən, qışda-payızda soyuqdan əziyyət çəkirdik.  Vəziyyətdən çıxmaq üçün ətraf meşələrdə ağacları qırmaq məcburiyyətində qalmışdıq. “Çətin günün ömrü az olar” deyiblər. Dövlət müstəqilliyimizin bəhrəsi, inkişaf dalğası regionları da əhatə edib. İndi Quba günbəgün gözəlləşir. İnfrastrukturun yenilənməsi bütünlüklə əhalinin həyat səviyyəsini yüksəldib. Sosial-məişət problemləri öz həllini tapıb. Qubanın, demək olar ki, bütün kəndləri qazla təmin olunub.

Yaşadığımız Nügədi Gültəpə kəndində artıq üçüncü aydır ki, elektrik xətlərinin dəyişdirilməsinə və yeni sistemin quraşdırılmasına başlanılıb. İşlər  yekunlaşmaq üzrədir. Energetiklərin fədakar zəhməti sayəsində kəndimizin işıq problemi həll olunub: son dövrlər elektrik enerjisi ilə təchizatda bir dəfə də olsun fasilə, narahatlıq  yaşanmayıb.

 

Adil AĞABALAYEV,

Quba rayonu