28 Avqust 2016 12:08
712
Oxucu məktubları
A- A+

İçərişəhər lövhələri: sənət təbəssümü sərgisi...

 

Məzmununa bolluca yumor hopmuş bu tablolar və ustalıqla düzəldilmiş fiqurlar hər kəsdə təbəssüm, xoş ovqat oyadır. Müəllifi rəssamdır, heykəltəraş, yoxsa adi həvəskar, bilinmir... Amma hər halda maraqlı “sərgi” alınıb.

Həm də müəllif öz əsərlərini hansısa bir sərgi salonunda deyil, evinin pəncərələri önünə düzməklə nümayiş etdirir. Tamaşaçı isə hər kəs ola bilər, özü də bilet almadan, pul-para xərcləmədən - yetər ki, gözlər onları arasın, diqqətdən qaçmasın. Əgər yolunuz İçərişəhərin bu küçəsindən düşsə, pəncərələrə diqqətlə baxın, sənət təbəssümündən siz də öz payınızı alın...

 

Mehriban VƏLİYEVA,

Bakı şəhəri

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video