28 Avqust 2016 12:08
752
Oxucu məktubları
A- A+

Beynəlxalq təcrübədən yararlanmaqla yarışların şifrəsiz yayımını təmin etmək mümkündür

 

Azərbaycanın  tele-kommunikasiya peyki “AzerSpace” orbitə çıxarılandan bölgələrdə, rayon və kəndlərdə yaşayan ölkə əhalisinin əksəriyyəti televiziya kanallarına peyk antenaları vasitəsilə baxır.

Siqnalların birbaşa peykdən qəbulu yüksək keyfiyyətli təsvir və səs əldə edilməsinə imkan verir. Ancaq təəssüf ki, beynəlxalq idman yarışlarını, o cümlədən  Olimpiadanı keyfiyyətli peyk yayımı ilə izləyə bilmirik. Çünki yayım siqnalları şifrələnir. Doğrudur, yayımı bu üsulla  kodlaşdırılmış kanallar  qəbuledici aparata “Biss” kod-açarlarını daxil etdikdə  açılır. Bunun üçün aparatın mütləq müvafiq funksiyası - texniki imkanı,  istifadəçinin də müəyyən bilik və bacarığı olmalıdır. Rayon, kənd yerində usta da tapmaq müşkül məsələdir. Odur ki, ən mötəbər beynəlxalq idman yarışlarını, Olimpiadanı izləmək bizə nəsib  olmur: ekranımız qaralır. Buna bir carə yoxdur?

Bəli, biz bilirik ki, beynəlxalq hüquq və müqavilə şərtlərinə görə, belə yarışlar şifrəli yayımlanmalıdır. Bununla belə, o da məlumdur ki, bu tələb, əslində,  yayım hüququna malik konkret ölkə ərazisini əhatə edən yayım tezlikləri  üçün nəzərdə tutulmayıb. Bunun bariz nümunəsi da var. Qardaş Türkiyənin “Türksat” peyki vasitəsilə yayımlanan kanalların, məsələn TRT-nin konkret olaraq ölkə ərasizi üçün nəzərdə tutulmuş tezliklər paketi də var. TRT-nin dünya üzrə yayım tezliklərində idman yarışları kodlaşdırılsa da, bu tezlikdə (Türkiyə ərazisi üçün nəzərdə tutulmuş versiyada) şifrəsiz - açıq verilir. Deməli, bu, mümkündür. Odur ki, müvafiq orqanlardan bu təcrübədən yararlanaraq respublika ərazisində idman yarışlarının öz peykimiz  vasitəsilə şifrəsiz izlənməsinə imkan verən tədbirlər görməsini xahiş edirik. 

 

Taleh KƏRİMOV,

Ağsu rayonu

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video