27 Avqust 2016 12:08
874
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 312

 

№ 312                                       Bakı şəhəri, 23 avqust 2016-cı il

 

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli 760 nömrəli Fərmanının 7.2-ci, “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanının 2.2-ci və “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 135-VQD nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 9 mart tarixli 1872 nömrəli Sərəncamının 1.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 9, maddə 693; 2001, N 11, maddə 722; 2002, N 3, maddə 148, N 7, maddə 455, N 10, maddə 635; 2003, N 10, maddə 629; 2005, N 4, maddə 386, N 6, maddə 534, N 8, maddə 782, N 10, maddə 977, N 11, maddə 1061, N 12, maddələr 1228,1231; 2006, N 3, maddə 297, N 8, maddə 731, N 9, maddə 830, N 10, maddə 902, N 11, maddə 994; 2008, N 2, maddə 108, N 4, maddə 316, N 8, maddə 787; 2009, N 2, maddə 148, N 10, maddələr 846, 849, N 12, maddə 1079; 2010, N 6, maddə 555; 2011, N 10, maddə 971; 2012, N 3, maddə 263, N 5, maddələr 489, 495, N 7, maddə 777, N 11, maddə 1206, N 12, maddə 1354; 2013, N 4, maddə 444, N 5, maddə 578; 2014, N 1, maddə 74, N 5, maddələr 552, 589, N 6, maddə 746, N 8, maddə 1019, N 12, maddə 1685; 2015, N 12, maddə 1580; 2016, N 3, maddə 611, N 4, maddələr 777, 814, N 6, maddə 1226) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 33-1-ci hissəsinin birinci abzasında “maliyyə monitorinqi xidmətinə” sözləri “maliyyə monitorinqi orqanına” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 8 yanvar tarixli 10 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 1, maddə 59; 2003, N 6, maddə 351; 2007, N 11, maddə 1186; 2009, N 1, maddə 22) ilə təsdiq edilmiş “Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydaları”nın 6-cı hissəsində “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyun tarixli 106 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 6, maddə 542; 2006, N 11, maddə 1003; 2009, N 1, maddə 22; 2013, N 6, maddə 761; 2015, N 12, maddə 1594; 2016,
N 3, maddə 613, N 6, maddə 1227) ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
3.1. 5.11-ci bənddə “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin;
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 44 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, N 2, maddə 192, N 5, maddə 461; 2008, N 1, maddə 39; 2009, N 1, maddə 22; 2016, N 3, maddə 614) ilə təsdiq edilmiş “İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.2-ci bənddə “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin;
4.2. mətn üzrə ismin müvafiq hallarında “QKDK” sözləri ismin müvafiq hallarında “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.
5. “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 iyul tarixli 112 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, N 7, maddə 608) aşağıdakı dəyişikliklər edilsin:
5.1. adında və 1-ci hissəsində “Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri ilə əvəz edilsin;
5.2. həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması” üzrə:
5.2.1. 1-ci və 2-ci hissələrdə “Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri ilə əvəz edilsin;
5.2.2. 2-6-cı hissələrdə ismin müvafiq hallarında “Maliyyə Monitorinqi Xidməti” sözləri ismin müvafiq hallarında “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin;
5.3. həmin formaya əlavə - “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma formasının Nümunəsi”nin adında “Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 123 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N 6, maddə 567) ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının müəyyən edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
6.1. 3-cü hissədə “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (bundan sonra - Maliyyə Monitorinqi Xidməti)” sözləri “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra - Maliyyə Bazarlarına Nəzarət Palatası)” sözləri ilə əvəz edilsin;
6.2. 5-ci və 6-cı (hər iki halda) hissələrdə ismin müvafiq hallarında “Maliyyə Monitorinqi Xidməti” sözləri ismin müvafiq hallarında “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin;
6.3. 7-ci hissənin ikinci cümləsində “Maliyyə Monitorinqi” sözləri “maliyyə monitorinqi” sözləri ilə əvəz edilsin və həmin hissənin mətnindən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:
“Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 124 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N 6, maddə 568) ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nda aşağıdakı dəyişiklik edilsin:
7.1. 1-ci hissənin 4-cü bəndində “Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin;
7.2. 1-ci hissənin 4-cü, 2-ci hissənin 6-cı, 10-cu, 3-cü hissənin 12-ci, 13-cü bəndlərində, 4-cü hissənin 16-cı bəndinin ikinci cümləsində, 5-ci hissənin 18-ci bəndinin ikinci abzasında, 20-ci bəndinin birinci cümləsində, 21-ci bəndində, 6-cı hissənin 26-cı bəndində, 28-ci bəndinin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “Maliyyə Monitorinqi Xidməti” sözləri ismin müvafiq hallarında “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin;
7.3. 6-cı hissənin 28-ci bəndindən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:
“Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.
8. “Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydalar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 iyul tarixli 143 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N 7, maddə 708; 2014, N 2, maddə 201; 2016, N 5, maddə 955) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 2-ci hissədə “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri ilə əvəz edilsin;
8.2. həmin qərarla təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydalar”ı üzrə:
8.2.1. 4.2.5-ci yarımbəndində “Mərkəzi Bankının” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatasının” sözləri ilə əvəz edilsin;
8.2.2. 5-ci hissənin mətnindən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:
“Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N 8, maddə 762; 2012, N 5, maddə 494; 2013, N 6, maddə 752; 2016, N 6, maddə 1187) ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
9.1. 13.2-ci bənddə “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri ilə əvəz edilsin;
9.2. 13.3-cü bənddə “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 avqust tarixli 134 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 8, maddə 780; 2014, N 7, maddə 948; 2016, N 6, maddə 1188) ilə təsdiq edilmiş “Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
10.1. 6.2-ci bənddə “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri ilə əvəz edilsin;
10.2. 6.3-cü bənddə “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.
11. “Beynəlxalq standartlara uyğun xarici borc və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 aprel tarixli 118 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, N 4, maddə 481) aşağıdakı dəyişikliklər edilsin:
11.1. 1-ci hissəyə “Bankı,” sözündən sonra “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası,” sözləri əlavə edilsin;
11.2. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Beynəlxalq metodologiyaya uyğun olaraq ölkənin icmal xarici borcu və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Dövlət Neft Fondu və mərkəzi icra hakimiyyəti orqanları arasında vəzifə bölgüsü”nün “İcraçılar” sütununun 4.3-cü, 4.6-cı və 10.5-ci bəndlərində “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin;
11.3. həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “İcmal xarici borc və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması üzrə məlumatların təşkilatlararası mübadiləsi cədvəli”nin “Məlumatları göndərən” sütununun 9-cu və 10-cu hissələrində “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 noyabr tarixli 184 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 11, maddə 1066) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
12.1. 2.4-cü bənd ləğv edilsin;
12.2. 4.2-ci bənddən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:
“Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video