Alternative content

18:42 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 310
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 310
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:08 23.08.2016

 

№ 310                                    Bakı şəhəri, 19 avqust 2016-cı il

 

“Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası”nın təsdiq edilməsi barədə

 

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1401-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 noyabr tarixli 681 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 19 avqust tarixli 310 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanınıntəmin edilməsi

 

QAYDASI

 

  1. 1.            Ümumi müddəalar

 

  1.1.Bu Qayda “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyə-ləşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respub-likasının 2009-cu il 10 fevral tarixli 767-IIIQ nömrəli Qanununun 19-1.10-cu maddəsinə və Birləşmiş Millətlər Təşkilatının (bundan sonra – BMT) Təhlükəsizlik Şurasının 2002-ci il 1452 nömrəli qətnaməsinə uyğun olaraq hazırlanmışdır.

  1.2. Bu Qayda terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunverici-liyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin (bundan sonra – aktivləri dondurulmuş şəxslər) zəruri və gözlənilməz xərclərə tələbatının təmin edilməsi məqsədi ilə dondurulmuş aktivlərdən istifadə edilməsi qaydasını və bununla əlaqədar Azərbaycan Respublikasının dövlət orqanlarının vəzifələrini müəyyən edir.

 

  1. 2.   Dondurulmuş aktivlərdən istifadə edilməsinin əsasları

 

  2.1. Fiziki və ya hüquqi şəxslərin dondurulmuşaktivlərindən istifadə edilməsinə dair icazə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (bundan sonra – Dövlət Təhlükəsizliyi Xidməti) tərəfindən verilir.

  2.2. Bu Qaydanın 3.4-cü bəndi ilə müəyyən edilmiş hallar nəzərə alınmaqla, Dövlət Təhlükəsizliyi Xidməti aktivləri dondurulmuş şəxslərin yazılı müraciətindən sonra 7 gün müddətində dondurulmuş aktivlərdən aşağıdakı zəruri xərclərə ehtiyacların ödənilməsinə icazə verir:

  2.2.1. vergi və rüsumlar;

  2.2.2. sığorta ödənişləri (həyat yığım sığortası istisna olmaqla);

  2.2.3. kommunal xərclər (qaz, su, işıqdan istifadə xərcləri, mənzil-təsərrüfat xərcləri, telekommunikasiya (telefon rabitəsi, internet) xərcləri);

  2.2.4. maliyyə xidmətlərindən istifadə ilə əlaqədar xidmət haqları;

  2.2.5. fiziki şəxslərin, habelə onların ailə üzvlərinin həyatı üçün zəruri olan qida, tibb xidmətləri, dərman xərcləri, icarə və kirayə haqları, ipoteka kreditləri üzrə ödənişlər;

  2.2.6. fiziki şəxslərin peşə fəaliyyəti ilə əlaqədar üzvlük haqları;

  2.2.7. fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsi məqsədi ilə zəruri olan xərclər.

  2.3. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş zəruri xərclərə ehtiyaclardan əlavə, Dövlət Təhlükəsizliyi Xidməti aktivləri dondurulmuş şəxslərin yazılı müraciətinə əsasən, 7 gün müddətində həmin şəxslərin gözlənilməz xərclərə ehtiyaclarının ödənilməsi məqsədi ilə dondurulmuş aktivlərdən istifadəyə dair qərar qəbul edir.

  2.4. Aktivləri dondurulmuş şəxslər öz müraciətlərində zəruri və gözlənilməz xərclərə ehtiyaclarını yazılı qaydada əsaslandırmalıdırlar.

  2.5. Dövlət Təhlükəsizliyi Xidməti müraciətin qəbul edildiyi tarixdən 1 gün müddətində aktivləri dondurulmuş şəxsi müraciətin qəbul edilməsi və mövcud prosedur barədə məlumatlandırmalıdır.

 

  1. 3.   Dondurulmuşaktivlərdənistifadəyə dair icazənin verilməsi qaydası

 

  3.1. Dondurulmuş aktivlərdən istifadə olunmasına dairicazə istifadə olunacaq vəsaitin terrorçuluğun maliyyələşdirilməsinə yönəl-dilməsi riski tam aradan qaldırıldıqdan sonra verilir.

  3.2.BMT-nin Təhlükəsizlik Şurasının terrorçuluğun maliy-yələşdirilməsinin qarşısının alınması məqsədi ilə yaradılmış Sanksi-yalar Komitəsi tərəfindən tərtib edilmiş Birləşmiş Siyahı əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq olunmuş Beynəlxalq Siyahıya daxil edilmiş şəxslərin dondurulmuşaktivlərindən istifadəyə dair qərar müvafiq Komitənin rəyi nəzərə alınmaqla qəbul edilir.

  3.3.Rəyin alınması üçün Dövlət Təhlükəsizliyi Xidməti müraciətin qəbul edildiyi tarixdən etibarən 2 gün müddətində həmin müraciəti BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiyalar Komitəsinə göndərilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə 1 gün müddətində sözügedən müraciət əsasında BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiyalar Komitəsinə sorğu ünvanlayır. Sorğuda aşağıdakılar nəzərdə tutulmalıdır:

  3.3.1. aktivləri dondurulmuş şəxsin adı və ünvanı;

  3.3.2. aktivləri dondurulmuş şəxsin BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiyalar Komitəsi tərəfindən müəyyən edilmiş siyahıda daimi istinad nömrəsi;

  3.3.3. aktivləri dondurulmuş şəxsin bank hesabı barədə məlumatlar (bankın adı və ünvanı, hesab nömrəsi);

  3.3.4. ödənişin məqsədi, zəruri və gözlənilməz xərclərə ehtiyacın əsaslandırılması;

  3.3.5. zəruri xərclərin növü;

  3.3.6. gözlənilməz xərclərin mahiyyəti;

  3.3.7. ödənişlərin məbləği və sayı;

  3.3.8. ödənişlərin başlandığı və bitdiyi tarix;

  3.3.9. ödənişin həyata keçirilməsi forması;

  3.3.10. ödənişin mənbəyi;

  3.3.11. ödənişdən tutulmalar.

  3.4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiyalar Komitəsinin rəyini daxil olduqdan sonra 1 gün müddətində Dövlət Təhlükəsizliyi Xidmətinə göndərir. Dövlət Təhlükəsizliyi Xidməti bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş hallarda, həmçinin BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiyalar Komitəsinin mənfi rəyi olmadığı təqdirdə, həmin rəyin Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmasından sonra 1 gün müddətində aktivləri dondurulmuş şəxslərin aktivlərindən istifadə edilməsinə dair qərar qəbul edir.

  3.5. Dondurulmuş hesabdakı qalıq vəsait zəruri və gözlənilməz xərclərə ehtiyacları ödəmək üçün kifayət etmədiyi təqdirdə, aşağıdakı aktivlərdən istifadə olunmasına icazə verilə bilər:

  3.5.1. dondurulmuş hesablara ediləcək hər hansı ödənişlər və faizlər;

  3.5.2. hesablar dondurulan dövrə qədər olan müddətdə bağlanılmış müqavilə və yaranmış öhdəlik üzrə ödənişlər;

  3.5.3. aktivləri dondurulmuş şəxslərin xeyrinə ediləcək hər hansı digər ödənişlər.

3.6. Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslər zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadəyə dair Dövlət Təhlükəsizliyi Xidmətinin qərarından inzibati və məhkəmə qaydasında şikayət verə bilərlər.

 

  1. 4.      Dondurulmuşaktivlərdənistifadə edilməsinə dair qərarın icrası

 

  4.1. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu Qaydanın 2.2-ci və 2.3-cü bəndlərinə uyğun olaraq dondurulmuş aktivlərdən istifadəyə dair qəbul edilmiş qərar aktivlərin dondurulmasını həyata keçirən şəxslər üçün məcburi qüvvəyə malikdir.

  4.2. Dövlət Təhlükəsizliyi Xidməti bu Qaydanın 2.2-ci və 2.3-cü bəndlərinə uyğun olaraq dondurulmuş aktivlərdən istifadəyə dair qərar qəbul etdikdə, həmin qərarı dərhal aktivlərin dondurulmasını həyata keçirən şəxsə göndərir.

  4.3. Aktivlərin dondurulmasını həyata keçirən şəxs dərhal dondurulmuş aktivlərdən istifadəyə dair qərara uyğun olaraq, ödənişlərin aparılmasını həyata keçirir və bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat verir.