Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

16:03 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 306
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 306
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:08 19.08.2016

 

№ 306                                      Bakı şəhəri, 15 avqust 2016-cı il

 

“Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması və verilməsi Qaydası”nın təsdiq edilməsi barədə

 

 “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 40-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin  2016-cı il 27 yanvar tarixli 751 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması və verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 avqust tarixli 306 nömrəli qərarı ilə təsdiq edilmişdir


Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqındaŞəhadətna-mənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olmasıhaqqında Şəhadətnamə-nin forması və verilməsi

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 22.6-cı maddəsinə əsasən hazırlanmışdır.
1.2. Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi zamanı bu Qayda ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında”, “İnzibati icraat haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarına, habelə “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın IX fəslinə (“Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”yə) əsasən tənzimlənir.

2. Şəhadətnamələrin formaları və rekvizitləri

2.1. Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən olunur və Şəhadətnamədə aşağıdakılar öz əksini tapır:
2.1.1. Şəhadətnaməni verən inzibati orqanın adı və ünvanı;
2.1.2. Şəhadətnamənin adı;
2.1.3. Şəhadətnamənin qeydiyyat nömrəsi;
2.1.4. Şəhadətnamə verilən şirkətə Beynəlxalq Dəniz Təşkilatı (bundan sonra – BDT) tərəfindən verilən identifikasiya nömrəsi;
2.1.5. Şəhadətnamə verilən şirkətin adı və hüquqi ünvanı;
2.1.6. şirkətin istismar edə biləcəyi gəmilərin tipi;
2.1.7. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq şirkətdə aparılmış son yoxlama tarixi;
2.1.8. Şəhadətnamənin verildiyi yer;
2.1.9. Şəhadətnamənin verildiyi tarix;
2.1.10. Şəhadətnamənin müddəti;
2.1.11. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq, illik yoxlamanın keçirilməsinə dair qeyd;
2.1.12. imza və möhür yeri.
2.2. Gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin forması bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən olunur və Şəhadətnamədə aşağıdakılar öz əksini tapır:
2.2.1. Şəhadətnaməni verən inzibati orqanın adı və ünvanı;
2.2.2. Şəhadətnamənin adı;
2.2.3. Şəhadətnamənin qeydiyyat nömrəsi;
2.2.4. gəminin adı;
2.2.5. gəminin tipi;
2.2.6. gəminin çağırış siqnalı;
2.2.7. gəminin qeydiyyat limanı;
2.2.8. gəminin ümumi tutumu;
2.2.9. gəminin BDT nömrəsi;
2.2.10. gəmini istismar edən şirkətə BDT tərəfindən verilən identifikasiya nömrəsi;
2.2.11. gəmini istismar edən şirkətin adı və hüquqi ünvanı;
2.2.12. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq gəmidə aparılmış son yoxlama tarixi;
2.2.13. Şəhadətnamənin verildiyi yer;
2.2.14. Şəhadətnamənin verildiyi tarix;
2.2.15. Şəhadətnamənin müddəti;
2.2.16. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq, ara və əlavə yoxlamaların keçirilməsinə dair qeyd;
2.2.17. imza və möhür yeri.
2.3. Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin (bundan sonra – Şəhadətnamə) yuxarı hissəsində Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının (bundan sonra – Administrasiya) tam adı və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri əks olunur.
2.4. Şəhadətnamələrinüzərindəki məlumatlar Azərbaycan və ingilis dillərində göstərilir.

3. Şəhadətnamələrin alınması üçün müraciət

3.1. Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları Şəhadətnamənin alınması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada Administrasiyaya ərizə təqdim edirlər.
3.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir (bu Qaydanın 3.4-cü bəndində göstərilən qaydada əldə edə bilmədikdə):
3.2.1. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
3.2.2. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
3.2.3. ərizədə qeyd olunan obyektlərdən hər birinin üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədinin surəti;
3.2.4.“Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq, ixtisasa, hazırlığa və təcrübəyə malik olan məsul şəxs və ya şəxslərin müvafiq sənədlərinin və vəzifəyə təyin edilməsi barədə müqavilənin surəti;
3.2.5. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq tərtib edilmiş əmniyyətli idarəetmə sistemi;
3.2.6. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tətbiq edildiyi gəmilərin siyahısı və tipləri;
3.2.7. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq keçirilmiş yoxlamanın nəticəsinə dair akt.
3.3. Bu Qaydanın 3.2-ci bəndindəgöstərilən sənədlər bilavasitə təqdim edildikdə, sənədlərin surətləri onların əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır. Ərizəçi Şəhadətnamənin alınması üçün poçt rabitəsi və ya elektron qaydada müraciət etdikdə, bu Qaydanın 3.2.1-ci, 3.2.2-ci, 3.2.3-cü və 3.2.4-cü yarımbəndlərində göstərilən sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini ərizəyə əlavə edir.
3.4. Administrasiya bu Qaydanın 3.2-ci bəndində göstərilən sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edir. Bu mümkün olmadığı hallarda, həmin sənədlərin təqdim edilməsi ərizəçidən tələb olunur.
3.5. Şəhadətnamənin verilməsi üçün dövlət rüsumu Administrasiyanın verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd Administrasiyaya təqdim olunur.
3.6. Ərizə Administrasiya tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır.

4. Şəhadətnamələrin verilməsi

4.1. Administrasiya ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qaydanın 3.1-ci və 3.2-ci bəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və Şəhadətnamənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq Administrasiya onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, habelə formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir.
4.2. Ərizəçi bu Qaydanın 4.1-ci bəndində göstərilən çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman Şəhadətnamənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət Şəhadətnamənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
4.3. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 4.2-ci bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, Administrasiya ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir, həmçinin bu barədə məlumatı 2 iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
4.4. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra Şəhadətnamənin alınması üçün təkrar ərizə ilə Administrasiyaya müraciət edə bilər.
4.5. Azərbaycan Respublikasının qanunları ilə (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu istisna olmaqla) daha qısa müddət müəyyən edilməyibsə, Administrasiya təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmanın nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq Şəhadətnaməni verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir.
4.6. Administrasiya bu Qaydanın 4.5-ci bəndi ilə müəyyən edilmiş müddətdən gec olmayaraq, ərizəçiyə Şəhadətnaməni təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, Şəhadətnamənin verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə şifahi və ya məktub vasitəsilə məlumat verir. Şəhadətnamənin verilməsindən imtina haqqında inzibati akt Administrasiyanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
4.7. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd ərizəçi tərəfindən Administrasiyaya təqdim edildikdən sonra Şəhadətnamə 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Administrasiyaya təqdim edilmədikdə, Şəhadətnamə Administrasiya tərəfindən ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
4.8. Gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamədənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə alındıqdan sonra verilir.
4.9. Administrasiya tərəfindən verilən Şəhadətnamələrlə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində göstərilən məlumatları əks etdirən reyestr aparılır və onların yeniləndiyi gün reyestrdə qeydə alınması təmin edilir.
4.10. Şəhadətnamə Administrasiyanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

5. Şəhadətnamələrin verilməsindən imtina

5.1. Ərizədə və ona əlavə edilmiş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda (bu Qaydanın 4.1-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna edilməklə) Şəhadətnamənin verilməsindən imtina edilir.
5.2. Şəhadətnamənin verilməsindən imtina haqqında inzibati akt imtina halları göstərilməkləəsaslandırılmalıdır. Ərizəçi həmin inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

6. Şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu

6.1. Şəhadətnamənin verilməsi üçün dövlət rüsumunun ödənilməsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

7. Şəhadətnamələrin yenidən rəsmiləşdirilməsi

7.1. Şəhadətnamə aşağıdakı hallarda yenidən rəsmiləşdirilir:
7.1.1. Şəhadətnamə sahibi olan hüquqi şəxs yenidən təşkil edildikdə;
7.1.2. Şəhadətnamə sahibi olan hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və ya hüquqi ünvanı dəyişdikdə;
7.1.3. Şəhadətnamənin sahibi Şəhadətnamənin müddətinin uzadılması ilə bağlı Administrasiyaya müraciət etdikdə.
7.2. Bu Qaydanın 7.1-ci bəndində göstərilən əsaslar olduqda, Şəhadətnamənin sahibi və ya onun hüquqi varisi həmin əsasların yarandığı gündən 5 iş günündən gec olmayaraq Şəhadətnamənin yenidən rəsmiləşdirilməsi üçün Administrasiyaya ərizə ilə müraciət etməlidir.
7.3. Həmin ərizəyə yenidən rəsmiləşdirilməli olan Şəhadətnamə, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və vergi uçotuna alınması haqqında Şəhadətnamənin surətləri əlavə olunur.
7.4. Administrasiya bu Qaydanın 7.2-ci və 7.3-cü bəndlərinə uyğun olaraq, ərizə və ona əlavə olunan sənədlər daxil olduqdan 3 iş günü ərzində müvafiq düzəlişləri edərək yenidən rəsmiləşdirilmiş Şəhadətnaməni Şəhadətnamənin sahibinə və ya onun hüquqi varisinə təqdim edir, yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərir.
7.5. Şəhadətnamə sahibi Şəhadətnamənin müddətini uzatmaq istədikdə, Şəhadətnamənin müddətinin bitməsinə ən azı 30 gün qalmış Şəhadətnamənin müddətinin uzadılmaqla yenidən rəsmiləşdirilməsi üçün Administrasiyaya ərizə ilə müraciət etməlidir.
7.6. Şəhadətnamənin yenidən rəsmiləşdirildiyi müddətdə Şəhadətnamənin sahibi və ya onun hüquqi varisi öz fəaliyyətini Administrasiyaya təqdim etdiyi ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında həyata keçirir.

8. Şəhadətnamələrin dublikatının verilməsi

8.1. Şəhadətnamə itirildikdə və ya zədələndikdə, Şəhadətnamə sahibi Şəhadətnamənin dublikatının verilməsi üçün Administrasiyaya ərizə ilə müraciət edir.
8.2. Administrasiya ərizənin daxil olduğu tarixdən 3 iş günü müddətində Şəhadətnamənin dublikatını hazırlayaraq, ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
8.3. Şəhadətnamənin dublikatının verildiyi müddətdə Şəhadətnamə sahibi öz fəaliyyətini Administrasiyaya təqdim etdiyi ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında həyata keçirir. Həmin arayış Administrasiyanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
8.4. Şəhadətnamənin dublikatı itirilmiş və ya zədələnmiş Şəhadətnamə ilə eyni hüquqi qüvvəyə malikdir.

9. Şəhadətnamələrin qüvvəsinin dayandırılması

9.1. Şəhadətnamənin qüvvəsi aşağıdakı hallarda dayandırılır:
9.1.1. Şəhadətnamənin sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
9.1.2. Şəhadətnamənin sahibi Şəhadətnamənin verilməsi şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair Administrasiyanın göstərişlərini yerinə yetirmədikdə.
9.2. Şəhadətnamənin qüvvəsi Administrasiyanın inzibati aktı ilə dayandırılır. Həmin inzibati aktda dayandırılmaya əsas verən hallar və Şəhadətnamənin qüvvəsinin dayandırıldığı müddət göstərilməlidir. Bu Qaydanın 9.1.2-ci yarımbəndində göstərilən əsas üzrə Şəhadətnamənin qüvvəsinin dayandırılması haqqında inzibati aktda həmçinin dayandırılmaya əsas verən halların aradan qaldırılması üçün görülməli olan tədbirlər və Şəhadətnamənin qüvvəsinin dayandırıldığı müddətdə həmin halların aradan qaldırılmamasının nəticəsi göstərilməlidir.
9.3. Şəhadətnamənin sahibi Şəhadətnamənin qüvvəsinin dayandırıldığı müddət bitənədək, bu Qaydanın 9.1.2-ci yarımbəndində göstərilən halları aradan qaldırmalı və nəticəsi barədə 3 iş günü müddətində Administrasiyaya yazılı məlumat verməlidir.
9.4. Bu Qaydanın 9.1.1-ci yarımbəndində göstərilən əsas üzrə dayandırılmış Şəhadətnamənin qüvvəsi Şəhadətnamə sahibinin müvafiq ərizəsinə, bu Qaydanın 9.1.2-ci yarımbəndində göstərilən halda dayandırılmış Şəhadətnamənin qüvvəsi isə həmin halların aradan qaldırılması barədə Şəhadətnamə sahibinin təqdim etdiyi yazılı məlumata əsasən Administrasiyanın inzibati aktı ilə bərpa olunur.
9.5. Şəhadətnamənin qüvvəsinin dayandırılması və bərpa olunması haqqında inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində Şəhadətnamənin sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
9.6. Şəhadətnamənin sahibi Şəhadətnamənin qüvvəsinin dayandırılması haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

10. Şəhadətnamələrin qüvvədəolma müddəti

10.1. Şəhadətnamə Administrasiya tərəfindən 5 il müddətinə verilir.
10.2. Şəhadətnamənin dublikatının müddəti əvvəlki Şəhadətnamənin müddəti ilə məhdudlaşır.
10.3. Şəhadətnamənin qüvvəsinin dayandırıldığı müddət Şəhadətnamənin müddətinə daxil edilir.

11. Şəhadətnamələrin ləğvi

11.1. Şəhadətnamə aşağıdakı hallarda ləğv edilir:
11.1.1. Şəhadətnamə sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
11.1.2. Şəhadətnamənin müddəti bitdikdə;
11.1.3. Şəhadətnamənin sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə;
11.1.4. məhkəmənin müvafiq qərarı olduqda;
11.1.5. Şəhadətnamənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə;
11.1.6. bu Qaydanın 9.3-cü bəndində göstərilən məsələ ilə bağlı Administrasiyaya yazılı məlumat verilmədikdə;
11.1.7. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.8-ci maddəsində göstərilən əsas olduqda;
11.1.8. “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə riayət olunmadıqda.
11.2. Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə ləğv edildikdə, şirkətin sahibliyində olduğu gəmilərə verilmiş müvafiq Şəhadətnamələr də ləğv edilir.
11.3. Şəhadətnamə bu Qaydanın 11.1-ci bəndində göstərilən hallara (bu Qaydanın 11.1.4-cü yarımbəndi istisna olmaqla) istinad edilməklə, Administrasiyanın inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində Şəhadətnamənin sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
11.4. Şəhadətnamənin sahibi Şəhadətnamənin ləğvi haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM