Alternative content

11:53 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölkəmizə Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı artmaqdadır
Ölkəmizə Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı artmaqdadır
ANA SƏHİFƏ / Turizm
05:08 18.08.2016

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında əsaslı artım baş verib. Təkcə cari ilin iyul ayında BƏƏ-dən ölkəmizə səfər edən əcnəbilərin sayı 10 073 nəfər təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100 dəfə çoxdur.

Bu, son illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin marketinq strategiyasına əsaslanan təbliğat işlərinin gücləndirilməsinin, 2011-ci ildən etibarən BƏƏ-də təmsilçi ofisin fəaliyyətə başlamasının, eləcə də 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza rejimi yaradılmasının məntiqi nəticəsidir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, aparılan təhlil və araşdırmalar nəticəsində BƏƏ-nin digər Körfəz ölkələri ilə birlikdə Azərbaycan üçün turizm baxımından prioritetlərdən biri olduğu müəyyən edilib və bundan sonra həyata keçirilən marketinq siyasəti və kampaniyalarının bir qismi planlaşdırılmış şəkildə sözügedən ölkələrə yönəldilib.

2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Atlantis Holidays” MMC şirkəti arasında “Körfəz əməkdaşlıq ölkələri – bazar əlaqələrində iştirakın istiqamətlənməsi və ictimai əlaqələr xidmətinin təmin edilməsi haqqında” müqavilə imzalanıb və həmin ildən etibarən sözügedən ölkədə nazirliyin təmsilçi ofisi fəaliyyət göstərməkdədir. 2011-ci ildən etibarən şirkət Körfəz ölkələrindən turistlərin cəlb edilməsi, regionda Azərbaycanın maraqlarının təmsil olunması, təbliğat və təşviqat kampaniyalarının təşkili, birgə tədbirlərin keçirilməsi, reklamların yerləşdirilməsi, info və press turların təşkili istiqamətlərində bir çox işlər görüb. Təsadüfi deyil ki, 2015-ci il ərzində Fars körfəzi ölkələrindən Azərbaycana gələn xarici vətəndaşların sayında 57,5 faiz artım baş verib.

Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun aylarında BƏƏ-dən ölkəmizə gələn xarici turistlərin sayı 10 086 nəfər olub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM