Alternative content

22:59 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
ANA SƏHİFƏ / MSK
12:08 18.08.2016

 

Qərar № 13/54

 

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) 2 mindən çox təşəbbüsçü “Yeni Azərbaycan” adlı referendum üzrə təşviqat qrupunun yaradılması məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı bildiriş təqdim etmişdir.

Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün toplanmış seçici imzaları olan imza vərəqələri və digər sənədlər 2016-cı il avqustun 12-də təşəbbüsçülərin səlahiyyətli nümayəndəsi tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 59-cu, 63-cü, 65-ci, 66-cı, 67-ci və 68-ci maddələrinə əsasən qərara alır:

1. 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu qeydə alınsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

17.08.2016