14 Avqust 2016 12:08
784
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 298

№ 298                             Bakı şəhəri, 8 avqust 2016-cı il

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 43 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında

 

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 148-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 1879 nömrəli Sərəncamının 1.2-ci və 1.4-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 43 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 186) ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi Qaydası”nın 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1-ci bənddə “Nazirliyə” sözü “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (bundan sonra - Palata)” sözləri ilə əvəz edilsin.

2. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.2. Palata bu qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş hesabata və sənədlərə onlar Palataya daxil olduğu tarixdən 10 iş günü müddətində baxır.”.

3. 3.3-cü bəndin üçüncü cümləsi çıxarılsın.

4. Aşağıdakı məzmunda 3.3-1-ci və 3.3-2-ci bəndlər əlavə edilsin:

“3.3-1. Palata bu qaydanın 3.6-cı bəndində nəzərdə tutulmuş sığorta haqlarının ödənilməsindən imtina halları aşkar etmədikdə, sığorta haqlarının müvafiq sığortaçıya ödənilməsi üçün rəyin əks olunduğu müraciəti Nazirliyə ünvanlayır.

3.3-2. Nazirlik müraciət daxil olduğu tarixdən 15 iş günü müddətində müvafiq sığorta haqlarını sığortaçıya məxsus bank hesabına köçürür.”.

5. 3.4-cü və 3.5-ci bəndlərdə “Nazirliyə” sözü “Palataya” sözü ilə əvəz edilsin.

6. 3.6-cı bənddə “Nazirlik tərəfindən sığorta” sözləri “Sığorta” sözü ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video