Alternative content

09:58 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı №302
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı №302
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:08 14.08.2016

№ 302                                     Bakı şəhəri, 11 avqust 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişikliklər edilməsi haqqında

 

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 765 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115; 2009, № 2, maddə 153, № 4, maddə 282, № 7, maddə 605, № 8, maddələr 674, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 1, maddə 60, № 2, maddələr 146, 161, № 10, maddələr 906, 912, № 11, maddə 1040; 2011, № 1, maddə 66, № 5, maddə 446, № 9, maddələr 856, 862; 2012, № 5, maddə 479, № 8, maddə 818, № 10, maddə 1027, № 11, maddə 1205; 2013, № 1, maddə 74, № 8, maddələr 1014, 1037; 2014,

№ 1, maddə 69, № 3, maddə 313, № 6, maddə 736, № 7, maddə 919, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 611,

№ 6, maddə 800, № 11, maddə 1414; 2016, № 1, maddə 171, № 2, II kitab, maddə 382,  № 3, maddə 608, № 4, maddələr 782, 831,

№ 5, maddə 955; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 iyul tarixli 263 nömrəli qərarı) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı” sözlərindən sonra “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Aparatı” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin tabeliyində olan regional idarələri” sözlərindən sonra “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində olan:

Regional bölmələri” sözləri əlavə edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri