Alternative content

14:07 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Almasalar satmazlar
Almasalar satmazlar
ANA SƏHİFƏ / Oxucu məktubları
12:08 14.08.2016

Artıq uzun müddətdir ki, Sumqayıtda küçələri “gəzən bazarlara”, demək olar, rast gəlmirik. Şəhərin bir neçə yerində yaradılan kənd təsərrüfatı məhsullarının yarmarkası həm qiymət baxımından, həm də keyfiyyətinə görə sakinləri razı salır. Hər həftənin cümə günləri axşamdan başlayaraq ayrılmış ərazilərdə canlanma başlayır. Təzə meyvələr, tərəvəz, ət, süd və başqa məhsullar yarmarkalara düzülür. Şənbə və bazar günləri alıcılar tələbatlarına uyğun alış-veriş edir və çoxu da növbəti yarmarkaya qədər lazım olan məhsulları alır.

Lakin yenə də şəhərin bəzi küçələrində açıq şəkildə satılan məhsullarla rastlaşırıq. Təəssüf ki, “gəzən bazarlarda” isti vaxtlarda tez xarab olan məhsullar da satılır. Fikrimizcə, açıq havada satılan məhsulları almasalar yaxşıdır. Bu barədə satıcıdan çox alıcı düşünməlidir. Hər şeydən əvvəl, öz sağlamlığı naminə. 

 

Mehparə HACIƏHMƏDOVA

Sumqayıt şəhəri